Mektebgushesi

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında  “Universitetin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi işinin təşkili haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, BMU-nun rektoru Yaqub Piriyev, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanan sənəd […]

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb. Bu barədə  kitabxanadan bildirilib. Virtual sərgidə Mərkəzi Elmi Kitabxananın zəngin fondları haqqında məlumat verilir, müxtəlif mövzuları əhatə edən yeni və maraqlı nümunələr təqdim olunur. Bunların sırasında “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər […]

Şəmil Sadıq: BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

  Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş bugünkü kitab sərgisində Bakı Dövlət Universiteti təqribən 30-a yaxın nəşriyyatı bir araya gətirib. Təqribən biz 4 ildən çoxdur ki, 20-dən çox sərgi və festival keçirmişik. Lakin bugünkü kitab sərgisi bir ilkdir ki, əksər nəşriyyatlar bir araya toplanıb. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açılamasında “Azərbaycan […]

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

  Aprelin 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək. Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək. “Açıq qapı” günü saat 11:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir. Ünvan: Xətai rayonu, Məhsəti küçəsi […]

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

  Mayın 4-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, saat 10:00-da başlanacaq imtahan kompüterlər vasitəsilə keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahanda iştirakçılara 30 test tapşırığı […]

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçmə imtahanı təşkil olunub. Kitabxanadan  bildirilib ki, seçmə imtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən əvvəlki illərdə respublika üzrə qalib olan şagirdlər dəvət alıblar. İki gün davam edən seçmə imtahanında şagirdlər hər gün üç açıq tipli sualı 4.5 […]

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

  Biz də “Qədim Qala” nəşriyyatı olaraq Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Bakı Dövlət Universitetində keçirilən kitab sərgisində iştirak edirik. Stendlərdə müxtəlif janrlarda kitablar var. Kitablar əsasən şəxsi inkişaf, psixoloji və elmi yönümlüdür. Oxucular arasında tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər. Bunu kitab sərgisi çərçivəsində “Qədim Qala” nəşriyyatının […]

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı keçirilib. Mektebgushesi.az xəbər verir ki, Bakı Biznes Univeristetində (BBU) baş tutan konfransda 28 yerli ali təhsil müəssisəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin layihənin xarici partnyorları olan Litvanın […]

Latviya məktəblərində rus dilinin tədrisi qadağan edilib

  Latviya hökuməti məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisinin qadağan olunması haqqında qərar qəbul edib. Mektebgushesi.az xəbər verir ki, məlumatı TASS yayıb. Məlumata görə, qərar 2026-cı ildən qüvvəyə minəcək.

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi başladı

  Bu gündən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir. Bu barədə Mektebgushesi.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə üzrə vakansiya seçimi 29 aprel saat 11:00-dək davam edəcək. Qeyd edək ki, müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər – FOTO/VİDEO

  Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən maarifləndirmə və profilaktik işlər davam etdirilir. Mektebgushesi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar […]

Green Start Academy beş illik yubileyini qeyd edib

20-21 aprel tarixləri Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi üçün möhtəşəm bir bayrama çevrildi. Qeyd edilən tarixlərdə Mərkəzin 5 illik yubileyi ilə yanaşı, rəsmi açılış günü də baş tutdu. 20 aprel tarixində Mərkəzə çoxlu qonaqlar təşrif buyurdular. Bu sevincli və xoşbəxt gündə Green Start Academy-nin qapısı, əyləncəli zaman keçirmək istəyən hər bir kəsə […]

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim, yeni nəsil displey ekranlar sahəsində tanınmış mühəndis, professor Xəlil Kələntərlə görüş keçirilib. Bu barədə AMEA-dan bildirilib. Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada başladılan yeniləşmə hərəkatının gedişatından, dövlət başçısının və müasir dünya elminin çağırışlarına uyğun olaraq həyata keçirilən struktur islahatlarından danışıb. […]

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin finalına qatılan məktəblilərin Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri elmi layihələr qalib olub. İnstitutdan  bildirilib ki, kimya elmləri doktoru professor Əfsun Sucayevin elmi rəhbərliyi ilə Dünya Məktəbinin 10-cu sinif şagirdləri Səid Aslanov və İbrahim Allahvediyevin “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı […]

Astarada 15 yaşlı məktəbli özünü asıb

Astarada intihar hadisəsi olub. Lent.az xəbər verir ki, rayonun Rinə kənd sakini, 15 yaşlı Z.Fətəliyev işlədiyi neft məhsullarının satışı mağazasında özünü asıb. Faktla bağlı araşdırma aparılır.