Mektebgushesi

ADPU-nun Şəki filialının yeni direktoru kollektivə təqdim olunub

Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının yeni direktoru, dosent Vurğun Məmmədov kollektivə təqdim olunub. Yeni direktoru kollektivə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, ümumi işlər üzrə prorektoru Tural Cəlilov və rektorun müşaviri Ümid Mehdiyev təqdim ediblər. Tədbirdə filialın elmi-pedaqoji heyəti, eləcə də bundan əvvəl filiala rəhbərlik etmiş dosent Rafiq Rasulov və […]

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olundu – FOTO

Azərbaycan Tibb Universiteti ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı növbəti nailiyyəti əldə edib. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq üç tədris proqramını beynəlxalq akkreditasiyadan keçirən ATU bu dəfə milli səviyyədə institusional akkreditasiyadan uğurla keçib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Azərbaycan Tibb Universiteti 5 il müddətinə institusional akkreditasiyanı əldə edib. Bundan əlavə,  ATU-nun […]

İranda ötən tədris ilində yüz minlərlə şagird məktəbi tərk edib – FOTO

İranda ötən tədris ilində 900 mindən çox şagird məktəbi tərk edib. Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib. İran Statistika Mərkəzinin məlumatlarının təhlili göstərib ki, 2022-2023-cü tədris ilində 930 min nəfər təhsili yarımçıq qoyub. Qeyd edilib ki, keçən il ən çox məktəbi tərk edənlər 15-17 yaşlı yeniyetmələr olublar.

DİM -də GRE General Test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, imtahan 28 mart 2024-cü il tarixində təşkil olunub. İmtahanda 3 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti GRE General Test imtahanının 25 aprel 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları […]

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illər üzrə yerinə yetiriləcək elmi tədqiqat işləri haqqında müzakirə aparılıb. Fakültə dekanı Rövşən Cavadov fakültədə fəaliyyət göstərən 8 kafedrada aparılacaq işlər barədə məlumat verib. O bildirib ki, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq […]

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir, Ankara və Bilecik şəhərlərinin universitet və bir sıra istehslat sahələrində səfərdə olub. Mektebgushesi.az xəbər verir ki,səfərdə həmçinin AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktroru Cəmil Səfərov da iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan […]

Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq. Vətəndaşlar 146 – 0 – 9 nömrəsi ilə əlaqə yaratmaqla Şirvan–Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində (BANM) SOCAR tərəfindən yaradılan Süni intellekt elmi-tədqiqat laboratoriyası istifadəyə verilib. Bu barədə  Ali Neft Məktəbindən məlumat verilib. Laboratoriya BANM-də təhsil alan magistrant və doktorantların süni intellekt istiqamətində elmi-tədqiqat layihələrini həyata keçirməsi məqsədilə qurulub. Elmi-tədqiqat mərkəzində, həmçinin müxtəlif startap və qrant layihələrinin reallaşdırılması nəzərdə […]

Gəncə-Qazax bölgəsindəki kolleclərdə monitorinqlər başlayıb

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlayıb. Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən region kolleclərində keçirilən monitorinqlər davam edir. Martın 27-də Agentliyin Orta ixtisas təhsil müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə […]

İşə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibəyə martın 29-da start veriləcək. Belə ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 – 2.99 bal nəticə toplayan və təlimə cəlb edilən […]

Magistratura imtahanının ikinci cəhdinə qeydiyyat elan edilib

  Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 8 aprel saat 23:59-dək internet vasitəsilə aparılır. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, 2024-cü ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının […]

11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrində monitorinqlər davam edir.İdarədən Mektebgushesi.az -a verilən məlumata görə, növbəti monitorinq Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılıb. Məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılıb. Yoxlama zamanı məktəbin idarə olunması, şagirdlərin məktəbə davamiyyəti, əmək […]

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

Yerli akkreditasiyası olmayan ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir. Bu barədə Mektebgushesi.az -a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Bildirilib ki, bu müddəa Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndində yer alır.

ADU-nun İzmir Universiteti ilə əməkdaşlığı genişlənir

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova və bir qrup müəllim heyəti Türkiyə Cümhuriyyətinin İzmir 9 Eylül Universitetinə səfər etmişlər. Təcrübə Mübadilə Proqramı çərçivəsində Eğitim fakültəsinin dekanı, həmçinin, özel eğitim üzrə ixtisaslaşmış professorlarla görüş keçirilmiş, müzakirələr aparılmış, əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə razılıq əldə olunmuşdur. Dos.N.Zeynalova və dos.F.Rzayeva Türkiyə Cümhuriyyətinin 9 Eylül Universitetinin magistratura şöbəsinin müdiri […]

Şəmkirdə yeddinci sinif şagirdini bıçaqlamaqda şübhəli bilinən şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Faktla bağlı araşdırma davam etdirilir.