Mektebgushesi

ADNSU-da Gənc tədqiqatçıların və doktorantların Böyük elmi seminarı keçirilib

Aprelin 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənc tədqiqatçıların və doktorantların “Elm Günü”nə həsr olunmuş Böyük elmi seminarı keçirilib. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun da iştirak etdiyi seminarda öncə universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək seminar haqqında məlumat verib. O, gələcəyin alimlərinin elmi potensialının inkişaf etdirməsi üçün universitetdə […]

BDU-nun kafedra müdiri vəfat etdi – FOTO

  Bakı Dövlət Universitetinin müəllimi İmran Abdullayev vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Universitetin Coğrafiya fakültəsinin sosial media hesabında məlumat yayılıb. İmran Abdullyev Hidrometeorologiya kafedrasının müdiri vəzifəsində çalışırdı. Dosentin ölüm səbəbi açıqlanmayıb.

Bakı Mühəndislik Universitetinə akkreditasiya şəhadətnaməsi təqdim edilib  

Elm və Təhsil Nazirliyi Akkreditasiya Şurasının müvafiq qərarı ilə Bakı Mühəndislik Universitetinin (BMU) 5  il müddətinə akkreditasiya olunması ilə bağlı şəhadətnamə ali təhsil ocağına təqdim edilib. Bu məqsədlə keçirilən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BMU-nun rəhbər heyəti iştirak edib. Tədbirdə rektor Yaqub Piriyev akkreditasiyanın ali təhsil müəssisələrinin gələcək fəaliyyətinə, strateji inkişafına müsbət təsiri […]

Bakı məktəbində şagirdlər arasında insidentə rəsmi REAKSİYA

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insidentə münasibət bildirib. Mektebgushesi.az xəbər verir ki, qurumdan qeyd olunub ki, hadisə ilə bağlı məlumatlıdırlar: “Hazırda agentliyin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da həmin təhsil müəssisəsindədirlər. Hüquq-mühafizə orqanlarına məlumat […]

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vaxtı açıqlanıb

  Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu aprelin 2-8-də keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.

BŞTİ tabeliyində fəaliyyət göstərən 20 bağça müdiri təcrübə mübadiləsində iştirak ediblər

Bakı şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Estoniya və Finlandiyada təcrübə mübadiləsində iştirak edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az-a bildirilib ki, təcrübə mübadiləsi müddətində “Ailə ilə əməkdaşlıq”, “Yaşıl məktəb layihələri”, “Robotika və təhsilin rəqəmsallaşdırılması” , “Effektiv ünsiyyət” kimi təlimlərdə iştirak ediblər. Bununla yanaşı, Estoniya və Finlandiyanın məktəbəqədər təhsil təcrübəsi, […]

Məktəb psixoloqları diaqnostikadan keçiriləcək

  Məktəblərdə psixoloqlarla bağlı problemlər var. Həmin psixoloqların diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada deyib. O qeyd edib ki, qiymətləndirmədən sonra bu sahədə başqa problemlər ortaya çıxacaq: “Hazırda şagird sayı 1000-dən […]

Moskvada ali məktəbdə bomba həyacanı

  Moskvada ali məktəbə bomba qoyulması ilə bağlı məlumat daxil olub. Mektebgushesi.az APA-ya istinadən xəbər verir ki, Mendeleyev adına Rusiya Kimya Texniki Universitetindən partlayış təhlükəsi ilə əlaqədar 2300 nəfər təxliyə edilib. Yerli teleqram kanalları universitet rəsmilərinin partlayıcı qurğu ilə bağlı anonim məlumat aldıqlarını yazıb. Eyni məlumatın Moskvanın daha üç ali məktəbinin, Bauman adına Texiniki Universitet, Moskva Nəqliyyat […]

Azərbaycanda tələbə qızılcadan dünyasını dəyişib – FOTO

Azərbaycanda tələbə vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb. Bildirilib ki, akademiyanın Kütləvi tətbiqi idman fakültəsinin “Məşqçilik” ixtisasının III kurs tələbəsi Süleymanlı Cavid Telman oğlu qızılcadan dünyasının dəyişib.  

Rektor: “Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur”

Mektebgushesi.az xəbər verir ki,UNEC rektoru professor Ədalət Muradov rəsmi sosial hesabında (https://www.facebook.com/rectoradalat) elmin maliyyələşdirilməsi ilə bağlı fikirlərini bildirib: “Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur. Söhbət universitetlərə tədqiqat məqsədilə sadəcə pul ayırmaqdan deyil, elmin maliyyələşdirilməsi modelindən gedir. Hələlik bu məsələdə aydınlıq yoxdur. Elmin yeni maliyyələşdirilməsi modelindən öncə isə bütövlükdə elmin təşkili və […]

Ombudsman Psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılmasını təklif edir

“Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir”. “Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) deyib. O qeyd edib ki, Ombudsman təsisatı bu sahədə müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq izləyir, müvafiq təhlillər […]

Psixiatriya ixtisası üzrə rezidentura təhsilinin müddəti artırılıb

Azərbaycanda “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılıb, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilib. Mektebgushesi.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada deyib. O qeyd edib ki, nazirlikdə “Müharibə […]

VIII qrant müsabiqəsinə sənəd qəbulu başa çatır

  Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Layihə sənədlərinin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Qrant müsabiqəsi barədə ətraflı […]

“Rezidentura” jurnalının 2-ci sayı nəşr edilib

  Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul elan edib. Mektebgushesi.az xəbər verir ki, qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində […]

Ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün onlayn təlimlər keçirilib

Bakı şəhəri üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) platformasında (https://emas.sosial.gov.az/) işin təşkilinin təkmilləşdirilməsi mövzusunda onlayn təlimlər keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində keçirilən təlimlərin əsas məqsədi ƏMAS platformasında əmək müqavilələrinin qanuvericiliyə uyğun bağlanması, elektron portalda müxtəlif əməliyyatların aparılması […]