Mektebgushesi

AzTU şəhid məzununa həsr olunan anım tədbiri keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Şövqiyar Abdullayevin anadan olmasının 55-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Mektebgushesi.az-a bu barədə AzTU-dan xəbər verilib. Bildirilib ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra […]

Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə olub. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, əvvəlcə məktəbin foyesində Goranboy şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra təhsil müəssisəsinin akt zalına, yeməkxana və idman zalına baxış keçirilib. Məktəbdə […]

Məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı 

  Aprelin 3-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonu Nemətabad kənd H.M.Əhmədov adına tam orta məktəbində proqam təminatı üzərindən bir neçə istiqamətdə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin yerdəyişməsi zamanı bir sıra nöqsan və neqativ hallar aşkar olunmuşdur. Bu barədə AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. Yoxlamanın nəticəsinə əsasən, […]

AMEA-da yeni təyinat olub

  Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub. Mektebgushesi.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə filologiya elmləri doktoru, dosent Sərxan Xavəri AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sərxan Abbas oğlu Xavəri 26 may 1973-cü ildə Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini […]

Nazir müavini Biləsuvarda vətəndaşları qəbul edib

  Aprelin 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Mektebgushesi.az xəbər verir ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Biləsuvar rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub. Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları […]

ADPU-da “Təhsildə menecment və yeni təlim texnologiyaları” Magistrantların VII Respublika elmi konfransı öz işinə başlayıb

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” Magistrantların VII Respublika elmi konfransı öz işinə başlayıb. 27 mart – Elm Gününə həsr olunan konfransın plenar iclasında giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, konfransın Təşkilat Komitəsinin sədri, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusən, böyük […]

BMU tələbələrinin yeni startapları nümayiş olunub

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkında tələbələrin irəli sürdüyü ideyalar əsasında formalaşdırılmış yeni startapların sərgisi keçirilib. Sərgidə rektor Yaqub Piriyev, universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı, “Sabah HUB” İnkubasiya Mərkəzi, Rəqəmsal İnkişaf Agentliyini təmsil edən əməkdaşlar və digər qonaqlar iştirak edib. Tədbirdə qlobal startap ekosisteminin mənzərəsinə diqqət çəkən rektor innovativ […]

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə”mövzusunda seminar təşkil olunub

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində”İnklüziv təhsildə əməkdaşlıq məsələləri” mövzusunda seminar təşkil olunub Aprelin 4-də Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində “İnklüziv təhsildə əməkdaşlıq məsələləri” mövzusunda seminar təşkil olunub. “House of Dreams” cəmiyyətə inteqrasiya […]

ADPU-nun Şəki filialının direktoru Debat klubunun üzvləri ilə görüşüb  

Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru, dosent Vurğun Məmmədov filialda fəaliyyət göstərən Debat klubunun üzvləri ilə görüşüb. Görüşdə filialın Karyera Mərkəzinin müdiri Xuraman Həmidova, Şəki Regional Debat Mərkəzinin (ŞRDM) sədri  Aysel Sadıqlı, filialın Debat klubunun sədri Əfsanə Əbdürəhimova və klubun üzvləri iştirak ediblər. Görüşdə Debat klubunun işi, həyata keçirilən tədbirlərdən bəhs […]

Aprel zəfəri paytaxt məktəblərinin təqdimatında

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Aprel zəfərinin səkkizinci ildönümünə həsr olunmuş tədbirlər keçirilir. Təhsil müəssisələrində 2016-cı ildə baş vermiş hadisələrə həsr olunan “Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı”, “Hərb tariximizin şanlı səhifəsi”, “Aprel döyüşləri şanlı tariximizdir“, “Aprel döyüşləri–zəfər salnaməsi” və digər mövzularda konfranslar, mühazirə və “Dəyirmi masa”lar, xüsusi dərslər, ədəbi–bədii kompozisiyalar təşkil edilib. Həmçinin təhsil müəssisələrində Aprel döyüşləri ilə əlaqədar stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib. Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin əziz xatirəsi bir […]

ABŞ universitetinə qəbul alan Mehdiyə təhsil haqqını ödəmək üçün köməklik lazımdır

Bir müddət öncə ABŞ-nin ən nüfuzlu universitetlərindən olan Dreksl Universitetinə qəbul alan Mehdi Məmmədov təhsil xərclərini ödəyə bilmir. Mektebgushesi.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib: Kompüter elmləri sahəsi üzrə qəbul alan tələbə bildirdi ki, Dreksl Universitetində maksimim verilən təqaüd 35 700 dollar olduğu üçün, yerdə qalan xərcləri ödəmək onlar üçün çətindir: “Atam […]

BDU-nun gənc tədqiqatçılarının Almaniya və İtaliyanın tanınmış alimləri ilə birgə araşdırmaları davam edir

  Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova, Almaniyanın Heydelberq Universitetinin Mannhaym Tibb Mərkəzinin əməkdaşları, professorlar Vüqar Yaqublu və Kristof Reissfelder, İtaliyanın Fraskati Milli Laboratoriyasının əməkdaşı, professor Stefano Belluçinin həmmüəllifi olduqları “İnsan kolon karsinoma hüceyrələrində şişə qarşı effektivliyi artırmaq üçün xrizin yüklənmiş dəmir-oksid nanohissəciklərinin […]

Nadir İsrafilov: “Ali məktəbə qəbul düşüncəsi məqsəd ola bilər, mentalitet yox”

Xəbər verdiyimiz kimi, Abşeron rayonunda imtahandan az bal toplayan 17 yaşlı gənc itkin düşüb. Hər birimizə aydındır ki, bu tip hadisələr ilk dəfədir ki, yaşanmır. Bəzi valideynlərin imtahanda istənilən nəticəni göstərməyə övladlarına qarşı təzyiqləri səbəbindən intihar edənlər də az olmayıb. Bəs, valideynlər imtahanda aşağı bal toplayan övladları ilə davranışda nələrə diqqət etməlidirlər? Təhsil üzrə ekspert Nadir […]

ADA Universitetinə akkreditasiya şəhadətnaməsi təqdim edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə ADA Universitetinin 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Hafiz Paşayevə təqdim edib. Agentlikdən  bildirilib ki, təqdimat mərasimində çıxış edən Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib və bunlardan birinin də təhsil müəssisələrinin akkreditasiyasının […]

AzTU-nun şəhid olan məzunlarının ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarının ailə üzvləri ilə görüş keçirilib. Tədbirdə müharibə veteranları, qazilər, respublikada fəaliyyət göstərən müxtəlif ictimai birliklərin nümayəndələri iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şanlı ordumuzun uğurlarından danışıb. Bildirib ki, Aprel döyüşlərində AzTU-nun məzunları […]