Mektebgushesi

14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən  Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

3 mart buraxılış imtahanının nəticələri elan olunub

 Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2024/netorta/) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə […]

ADPU-nun Şamaxı filialında Aprel döyüşləri şəhidləri anılıb

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinə həsr olunmuş guşə hazırlanıb. Əvvəlcə, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şöbənin  müdiri Vəsilə Razimi və sosial və xüsusi məsələlər üzrə direktor müavini Şəlalə Seyidova çıxış edərək Aprel döyüşləri haqqında geniş məlumat […]

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində VI-IX və X-XI sinif şagirdləri arasında keçirilib. İkimərhələli çempionatın onlayn keçirilən seçim oyununda respublika üzrə 450-yə yaxın […]

ADPU-nun Şəki filialının yeni direktoru  fəal  və  əlaçı  tələbələrlə görüşüb  

Aprelin 2-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şəki  filialının yeni direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent  Vurğun  Məmmədov  filialın  fəal  və əlaçı tələbələri ilə geniş tərkibdə  ilk  görüşünü  keçirib. Görüşdə  filialın  direktor  müavinləri, dekanlar, digər struktur bölmələr  və tələbə  təşkilatlarının  rəhbərləri  iştirak  ediblər. Direktor, dos. V. Məmmədov filialın gələcək fəaliyyət strategiyası barədə  tələbələri  məlumatlandırıb, görüləcək  […]

İlahiyyat İnstitutu abituriyentlər üçün məlumatlandırma tədbirlərinə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirlərinə başlayıb. İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, ilk tədbir Bakının Sabunçu rayonu üzrə məktəb direktorları, abituriyentlər və orta məktəb müəllimlərinin iştirakı ilə keçirilib. Sabunçu rayonu 187 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova çıxışında gənclərin milli-mənəvi ruhda inkişafının vacibliyinə toxunub. O, ölkəmizdə gənclərin savadlı […]

Ceyhun Kərəmov: Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi nəzərdə tutulur

Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi nəzərdə tutulur . Mektebgushesi.az xəbər verir ki, bu sözləri  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib. Onun sözlərinə görə, bəzi spesifik sahələr var ki, bu istiqamətlərdə mövcud tarixi ənənələr davam etdirilməlidir: “Məsələn, Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi planlaşdırılır. Çünki Şuşa bizim musiqimizin, mədəniyyətimizin […]

ADPU tələbələri Memorial Soyqırımı Muzeyini ziyarət ediblər

  Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatınin (ADPU TGT) Tarix və coğrafiya fakültəsi təşkilatının təşkilatçılığı ilə 31 Mart soyqırımının 106-cı ildönümü münasibətilə Memorial Soyqırımı Muzeyinə ziyarət təşkil olunub. Ziyarət real faktlara əsasən hazırlanmış “Əsrin faciəsi” filminin izlənməsi ilə başlayıb. Muzeydə tələbələrə həmin dövrün tarixi gerçəkləri mənbələr və eksponatlar əsasında nümayiş olunub, Azərbaycan xalqının qan […]

Kamran Əsədov: “İmtahanların keçirilməsi üçün ən çətin yolları axtarır, tapır, tətbiq edirik”

Abituriyentlər həvəslə nəticələrin elan edilməsini gözləyir, həm də gec açıqlandığına görə gileylənirlər. Mektebgushesi.az xəbər verir ki, bu fikri təhsil eksperti Kamran Əsədov sosial şəbəkədəki hesabında bildirib. Dövlət İmtahan Mərkəzi martın 3-ü və 10-u 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. Bu imtahan həm də ali məktəblərə qəbulun birinci mərhələsi, həmçinin 5-ci qrupa və 11-ci sinifdən […]

Pedaqoji Universitetdə “Təhsildə ekoloji tərbiyə” mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH mərkəzinin  təşkilatçılığı ilə  “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Təhsildə ekoloji tərbiyə” mövzusunda tədbir keçirilib. Tədbirin gedişində İBT201S qrupunun tələbələri ekologiyaya dair sərgi, təbiətə həsr olunmuş rəqs və şeirlər təqdim ediblər. Daha sonra tədbirin qonağı olan ADPU SABAH məzunu, Hədəf STEAM liseyinin Abşeron filialının ibtidai sinif, təlim-tərbiyə və […]

Xaricdə təhsil üzrə Dövlət Proqramının ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib

  Aprelin 2-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbir təhsilini uğurla başa vurmuş məzunların tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədilə […]

Finlandiyada məktəbə silahlı hücum olub

Səhər saatlarında Finlandiyanın Vantaa şəhərində məktəbdə atışma baş verib. Bu barədə yerli polis departamenti məlumat yayıb bildirib. Polis əməkdaşlarının verdikləri məlumata görə, hadisə nəticəsində üç azyaşlı xəsarət alıb. Qeyd olunur ki, azyaşlı olduğu bildirilən şübhəli şəxs həbs edilib. Araşdırma davam edir. Mənbə: Sky News

Məktəblilərin BMU ilə tanış olublar

  Məktəblilərin Bakı Mühəndislik Universiteti (BMU) ilə yaxından tanışlıq məqsədi daşıyan ekskursiyaları davam edir. Universitetin növbəti ziyarətçiləri Xəzər rayonu İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin şagirdləri olublar. Məktəblilərə universitetin maddi-texniki bazası, tədris prosesi və ixtisaslar barədə geniş məlumat verilib, həmçinin Riyaziyyat və informatika kafedrasında onlar üçün seminar təşkil edilib. Sonra şagirdlər universitetin Kimya-biologiya, […]

MDU ilə TİKA Bakı Proqram Koordinasiya Ofisi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

  2024-cü ilin aprelin 1-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisində Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib. MDU nümayəndə heyətini salamlayan TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən və dəstək mexanizmlərindən bəhs edib. Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə TİKA […]

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, qeydiyyat prosesi aprelin 8-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.