Mektebgushesi

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mərhələsi keçirilib

Aprelin 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mərhələsi üzrə imtahan keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil edilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd bu ali təhsil ocağının istedadlı tələbələrini aşkarlayaraq onların peşəkar […]

ADPU-nun Quba filialında ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Quba Regional Meşə Təsərrüfatı Mərkəzi və Yeni Azərbaycan Paetiyası Quba raypn təşkilatı ilə birgə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının bağçasında “Ağac […]

AzTU rektoru Azərfloat zavodunda olub

  AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərfloat şüşə zavoduna səfər edib. Qurumun müşaviri Bəhmən Əliyev qonaqlara məlumat verib ki, zavod Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Mektebgushesi.az xəbər verir ki, müəssisə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edən başlıca şirkətlərdən biri olaraq ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verir. AzTU nümayəndə heyətinin müəssisənin fəaliyyəti ilə […]

“Molla Nəsrəddin”in birinci sayının nəşrindən 118 il ötür

Aprelin 7-də Azərbaycanın və Yaxın Şərqin ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in birinci sayının nəşrindən 118 il ötür. Dərginin ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Gürcüstanın paytaxtı Tbilisidə işıq üzü görüb. 1906-17-ci illərdə Tbilisidə, 1921-ci ildə Təbrizdə, 1922-31-ci illərdə Bakıda nəşr edilib. Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri […]

Bakıda15 yaşlı məktəbli qısqanclıq zəminində bıçağa əl atdı

Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Lerik rayon sakini Raul Ağababa oğlu Məmmədov bıçaqlanıb. Mektebgushesi.az-ın məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü 7 ci sinif şagirdi Raul Ağababa oğlu Məmmədovun onun anası ilə münasibətinin olduğunu bilib və bu əmələ əl atıb. Faktla bağlı araşdırma aparılır.  

Zərdabda tarix müəllimi vəfat edib

  Zərdab şəhər 3 saylı tam orta məktəbin Tarix müəllimi olan Zamiq Abduləziz oğlu Xəlilov bu gün vəfat edib. Mektebgushesi.az xəbər verir ki, onun uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, mərhumun üç övladı var.  

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşır  

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Ərizələrin qəbulu aprelin 8-i saat 11:00-a qədər aparılacaq.

Gəncə Dövlət Universitetinin 6 əməkdaşı “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub

Birinci Qarabağ müharibəsinin veteranı olan Gəncə Dövlət Universitetinin (GDU) 6 əməkdaşı – Fikrət Hüseynov, Hüseyn Bəxtiyarlı, Zəfər Abbasov, Bəhman Kazımov, Gəncəli Tağıyev və Telman Quliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunublar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təltif olunan əməkdaşlara medal və vəsiqələrin təqdim edilməsi ilə bağlı […]

“Əqli mülkiyyət aylığı” çərçivəsində növbəti təlim keçirilib

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli mülkiyyət aylığı” çərçivəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar” mövzusunda növbəti təlim keçirilib. Agentlikdən  bildirilib ki, Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli məruzə ilə çıxış edib. O, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 17-24-cü maddələrini şərh edib, əsərlərdən şəxsi məqsədlər üçün istifadə, […]

Bu gün 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verir

  Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli və Zabux kənd […]

Təhsil işçiləri hərbi liseydə

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və Bakı şəhəri üzrə bir qrup ümumi təhsil müəssisəsinin rəhbəri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət […]

DİM imtahanları keçirən texniki bir qruma çevrilməlidir – Elşən Qafarov

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini elan etdi. DİM-in verdiyi məlumata görə bu imtahanlarda iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Və mətbuatda bu 14 nəfər yüksək nəticə göstərən ( 51 777 […]

ABŞ-nin səfirliyi GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, proqram üzrə dərslər ABŞ və Avropa universitetlərindən səfər edən müəllimlər və yerli professorlar […]

AzMİU-da Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı mövzusunda konfrans keçiriləcək

  19 aprel 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrası tərəfindən “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfrans keçiriləcək. Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda Azərbaycan […]

“2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində müsahibələrə başlanılıb

Aprelin 5-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində namizədlərlə müsahibələrin keçirilməsinə başlanılıb. Müsahibədə Dövlət Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər iştirak edirlər. Müsahibə mərhələsində Elm və Təhsil Nazirliyi, Dövlət Neft […]