Mektebgushesi

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq güclənir

  Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu və 2024-cü il üzrə Birgə Fəaliyyət Planı uğurla icra olunur. İnstitutun baş direktoru professor Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində olub. Professor Misir Mərdanov, professor Ədalət Axundov və dosent Əbdürrəhim Quliyev MDU-da […]

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində ADNSU-nun “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının 60 illik yubileyinə həsr olunmuş “Makromalekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Açılış mərasimindən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov və […]

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin (şəhər) mərhələsi keçiriləcək. Paytaxt üzrə olimpiadanın ilkin mərhələsi Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə saat 10:00-da təşkil olunacaq. İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sual təqdim ediləcək və onların cavablandırılması üçün 70 dəqiqə vaxt veriləcək. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən […]

BMU-da “Karyera günü” keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə “Karyera günü” keçirilib. Tədbir Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “Tea Talks” proqramı çərçivəsində baş tutub. “KPMG Azərbaycan” şirkətinin əməkdaşı Alimə Quliyeva tədbirin mahiyyəti, formatı, imtahanın təşkili proseduru haqda tələbələrə məlumat verib. Şirkətin audit meneceri Emil […]

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

XVI Rus dilində Respublika Olimpiadasına yekun vurulub. Bu il Olimpiada Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr olunub. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM)  bildirilib ki, hər il Rus dili olimpiadası Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının […]

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. İdarədən bildirilib ki, Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər. Görüş zamanı cari tədris ilində görülmüş işlər, gələcəkdə icrası nəzərdə tutulan məsələlər, xüsusilə 2024-2025-ci tədris ili üzrə […]

Ağdamda yeni məktəbin təməli qoyuldu – FOTO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

AzTU-da gənc alimlər üçün seminar keçirilib

  Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Ali təhsil müəssisələrində transdisiplinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihəsi çərçivəsində seminar keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, AzTU-da keçirilən tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Yüksək Təhsil İnstitutunun direktoru Anar Eminov seminarın […]

Nadir İsrafilov – Tariximiz və adət-ənənələrimizin təbliği…

Hansı işlər görülməlidir? Milli adət və ənənələr, onun əsasında formalaşan mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni siması deməkdir. Xalqımız öz adət-ənənələri, yüksək mənəvi dəyərləri ilə dünya xalqları içərisində hər zaman sayılıb-seçilib. Azərbaycan xalqının bu dəyərlərinə hər zaman hörmətlə yanaşılıb. Çünki millətimiz zəngin əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Dünyanın […]

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində məktəb idarəetməsi, təlim-tərbiyə işinin təşkili, tədris-pedaqoji və təsərrüfat fəaliyyəti istiqamətində nöqsanlar aşkar olunmuş təhsil müəssisələri ilə bağlı müvafiq qərarlar verilib. BŞTİ-dən bildirilib ki, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam […]

İşğaldan azad olunan rayonlarda yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri hədiyyə verilib

Dövlət İmtahan Mərkəzi tərəfindən işğaldan azad olunmuş Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Laçın şəhəri 2 nömrəli tam orta məktəbi, Laçın rayonu Zabux kənd tam orta məktəbi, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbinin kitabxanalarına “Abituriyent “ jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları […]

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

  İmtahan 25 mart 2024-cü il tarixində təşkil olunub. İmtahanda 5 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti GRE General Test imtahanının 2 may 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

İmtahan saat 11:00-da başlanır və 3 saat 30 dəqiqə davam edəcək. Dövlət İmtahan Mərkəzi tərəfindən 28 aprel 2024-cü il tarixində ali təhsil müəssisələrinin  magistraturalarına  qəbul imtahanı (II cəhd) keçiriləcək. İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da […]

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyi onlayn mərhələnin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb. Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən 9 min 784 nəfərdən 4278 nəfəri onlayn mərhələnin növbəti turunda iştirak etməyə haqq qazanıb. İmtahanı uğurla başa vuran iştirakçılardan 3 min 420 nəfəri kişi, 858 nəfəri isə qadındır. Namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar […]

ADPU-nun müəllimi Vytautas Magnus Universitetində dərslərdə iştirak edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiyafakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Bəsti Əsədova Erasmus+mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetindəkeçirilən beynəlxalq həftədə iştirak edir.22-27 aprel tarixlərində davam edəcək beynəlxalq həftədə ADPU-nun müəllimiBəsti Əsədova Genetika, İnsan və heyvan morfofiziologiyası üzrə 8 saat dərs tədrisedəcək, fakültə ilə tanış olacaq.Qeyd edək ki, 5 noyabr 2022-ci il […]