Mektebgushesi

ADPU-nun Şəki filialında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər keçirilir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ADPU-nun Şəki filialında dasilsilə tədbirlər təşkil olunur. Aprelin 17-də keçirilən “Yaşıl dünya naminəhəmrəylik” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.Konfransı giriş sözü açan filialın direktoru, dosent Vurğun Məmmədov çağdaşdünyanın müasir ekoloji problemləri, onların bəşəriyyətə törətdiyi təhlükələr, butəhlükələri önləmək üçün dünya miqyasında görülən işlər haqqında danışaraq, ölkəbaşçısı, cənab Prezident İlham Əliyevin […]

AzMİU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib. Elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova Azərbaycan – Polşa  əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, müxtəlif […]

BSU-da “ Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində elmi seminar keçirilib

BSU-da “ Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq “Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək mexanizmləri” mövzusunda elmi seminar keçirilib. Aprelin 17-də Bakı Slavyan Universitetində (BSU) “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq “Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək mexanizmləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarın moderatoru […]

Lənkəran Regional Elmi Mərkəzində növbəti seminar keçirilib – FOTO

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi seminar keçirilib. Bu barədə mərkəzdən bildirilib. Seminarı giriş sözü ilə Lənkəran REM-nin direktoru Mehman Əliyev açaraq Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını […]

Ceyhun Məmmədov: həm məktəb, həm də kollec direktorları ciddi formada seçilməlidir

Bir müddət bundan əvvəl kolleclər universitetlərə verildi ki, onların fəaliyyətindəki nöqsanlar aradan qalxsın və kolleclərdəki təhsilin keyfiyyəti artsın. Amma təəssüf ki, bu da effekt vermədi. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. Ceyhun Məmmədov bildirib ki, bu gün kolleclərdə hələ də neqativ hallar […]

AzTU-da keçirilən əmək yarmarkası keçirilib -FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Texniki Universiteti (AzTU) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, AzTU-nun rektoru Vilayət Vəliyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirak edib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun […]

“Ağıllı lövhə”lər göz xəstəlikləri yaradır?

Orta məktəblərdə tədrisin mənimsənilməsini asanlaşdırmaq üçün istifadə edilən “ağıllı lövh”ələr artıq valideynləri narahat etməyə başlayıb. Onların fikrincə bu ağ lövhələr uşaqların gözlərinə mənfi təsir edir. Orta məktəblərdə bir neçə ildir ki, istifadə edilən bu elektron lövhələr övladlarımızın sağlamlığı üçün nə dərəcədə təhlükə yaradır. Oftalmoloq Aygün Rəhimzadə mavi ekranların böyüməkdə olan orqanizmə neqativ təsir etdiyini bildirdi. […]

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

  Ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Azərbaycan Dillər Universitetində olub. Mektebgushesi.az xəbər verir ki, görüşdə universitetin rektoru akademik Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, burada tədris olunan xarici dillər və görülən işlər barədə […]

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

  Aprelin 7-də keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb. Təhsil İnstitutundan  bildirilib ki, şagirdlər nəticələrini https://kenquru24.az/ saytında və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər. Müsabiqə ilə əlaqəli müraciətlər aprelin 23-dək Office@arti.edu.az ünvanı vasitəsilə qəbul edilir. Final mərhələsinə keçid balları Təhsil İnstitutunun saytında yerləşdirilib.

Başlıbel qətliamından 31 il ötür – VİDEO

  Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Mektebgushesi.az xəbər verir ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər doqquz nəfəri […]

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş – FOTO

Bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, 2005-ci il təvəllüdlü Ayxan Əliyev Bakı Qida Sənayesi Kollecinin […]

Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi

  Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib – red.) təcavüz edib. Teleqraf.com-un məlumatına görə, Kərəm 2022-ci il avqustun əvvəllərində günorta saatlarında qonşuluqda yaşayan Elnarəni idarə etdiyi “Hyundai” markalı avtomobilə əyləşdirib. O, dəniz kənarına gələrək avtomobili saxlayıb. Arxa sərnişin oturacağına əyləşdikdən sonra öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Elnarəyə […]

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

  “Gaia BH3” adlanan qara dəlik Günəşdən 33 dəfə böyükdür. Qalaktikamızda məlum olan növbəti ən böyük ulduz qara dəliyi olan “Cygnus X-1”in çəkisi 21 Günəşə bərabərdir. Qara ləkə təxminən iki min işıq ili uzaqlıqda “Akvila” bürcündə yerləşir və o, Yerə ən yaxın ikinci qara dəlikdir. Qeyd edək ki, qara dəliklər nəhəng ulduzların kollapsı nəticəsində yaranırlar, […]

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbəsi Nicat Kərimli karate üzrə dünya çempionu olub. Bu barədə  ADNSU-dan məlumat verilib. Bildirilib ki, N.Kərimli Bolqarıstanın Albena şəhərində Şotokan Karate-do (WSF) üzrə gənclər arasında keçirilən 14-cü dünya çempionatında 75 kiloqram çəki dərəcəsində hər iki kateqoriyada mübarizə apararaq dünya çempionu olub.  

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyinin XI sinif şagirdi Məhəmməd Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Bu barədə  UNEC-dən məlumat verilib. Bildirilib ki, UNEC-in rektoru professor Ədalət Muradovla görüşən Məhəmməd Əliyev UNEC-də “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində təhsil almaq istədiyini söyləyib. Bacısının UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev onun […]