Fənn olimpiadalarının nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nəticələrindən narazı qalan iştirakçılar öz işlərinə yenidən baxılması üçün yerli təşkilat komitələrinə – müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) ərizə ilə müraciət edə bilərlər. Müraciətlər fevralın 15-dək qəbul ediləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir.

Olimpiadaların növbəti mərhələsinin aprel ayında keçirilməsi planlaşdırılır.

Mektebgushesi.az

Bir cavab yazın