Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq

Azərbaycanda 2018–2027-ci illərdə peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrların hazırlanması təşkil ediləcək.

 

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən Kənd Təsərrüfatı NazirliyiTəhsil Nazirliyi bu sahədə qarşıya qoyulmuş vəzifəni icra etməlidir. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası isə 2018–2027-ci illərdə yeni çay sortlarının yaradılması, mövcud sortların anaclıq sahələrinin genişləndirilməsi və vegetativ üsulla əkin materialının yetişdirilməsi üçün dumanyaradıcı qurğularla təminatın yaxşılaşdırılmasını təmin etməlidir.

Mektebgushesi.az

Bir cavab yazın