Qobu məktəblilərindən maraqlı flaşmob – VİDEO

Abşeron rayonu Qobu qəsəbəsinin 1 saylı tam orta məktəbinin şagirdləri maraqlı bir flaşmob hazırlayıb. Onlar milli qəhrəman Mübariz ibrahimovun əziz xatirəsini həmin flaşmobla yad ediblər. İdeya müəllifi isə ibtidai sinif müəllimi olub.
Mektebgushesi.az Xəzər tv-yə istinadən xəbər verir  ki, əvvəlcə iki cərgə düzülürlər, sonra sıra ilə addımlayırlar. Yavaş-yavaş isə gözəl bir görüntü yaranır.
Məktəblilərdən ibarət uşaqlar Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə belə bir flaşmob hazırlayıblar.
Görüntülər Abşeron rayonu Qobu qəsəbəsi 1 nömrəli tam orta məktəbdə lentə alınıb. Məktəbin ibtidai sinif şagirdləri başlarına ağ papaq qoyaraq Mübariz İbrahimovun adını hərflərlə yazıblar.
Layihənin rəhbəri Həcər Quliyeva deyir ki, hər il onlar milli qəhrəmanlarımızın əziz xatirəsini uşaqlarla birlikdə belə layihələrlə yad edirlər. Elə bu fləşmoba da ibtidai sinif şagirdlərinin marağı böyük olub.
Hazırda müəllimə şagirdləri ilə birlikdə yeni flaşmob üzərində işləyir.

Bir cavab yazın