Bölgələrdəki ali təhsil müəssisələrinə köçürülmək istəyən tələbələrə ŞAD XƏBƏR

Bölgələrdəki ali təhsil müəssisələrinə köçürülmək istəyən tələbələr üçün şərtlər daha da sadələşdirilib. Artıq bölgələrdəki universitetlərə köçürülərkən tələbələrin qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq. Yeni qayda həm paytaxdan, həm də başqa bölgədən köçürülmək istəyən tələbələrə şamil edilir.

 

Tələbələr bölgələrdəki ali təhsil müəssisələrinə köçürülərkən qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovun sözlərinə görə, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Əvvəlki qaydalara görə, tələbənin qəbul imtahanlarında topladığı bal köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından az olmamalı idi. Lakin bu ildən etibarən bölgələrdəki ali təhsil müəssisələrinə köçürülmək istəyən tələblər üçün həmin məhdudiyyət ləğv edilir. Yeni qayda həm paytaxdan, həm də başqa bölgədən köçürülmək istəyən tələbələrə şamil edilir.

 

Sülhəddin Gözəlov qeyd edib ki, dəyişiklik tələblərin köçürülməsindəki maneələri azaltdığına görə bu qış tətilində müraciət edənlərin sayı ötən ilin müvafiq dövründəkindən dəfələrlə çoxdur.

 

Tələbələr başqa ali məktəbə köçürüldükdən sonra isə bu qərardan imtina edə bilməyəcəklər.

 

Bir cavab yazın