10 yaşlı azərbaycanlı məktəbli Belçikanı heyrətləndirdi

10 yaşlı azərbaycanlı Ləman Kazımova Belçikanın Antverpen şəhərində gənc jurnalistlər arasında keçirilən müsabiqənin mükafatçısı olub. Modern.az xəbər verir ki, bu barədə “Gazet van Antwerpen” məlumat yayıb.

 

Nəşrin yazdığına görə, kollecin ibtidai sinif şagirdi olan bu qız holland dilində yazı müsabiqəsinin qalibi olub: «Bizim gənclik nə qədər istedadlı olduğunu hər il sübut edir. Baxmayaraq ki, Ləmanın ana dili holland dili deyil, o bir çox istedadlardan seçilir”.

 

Virtualaz.org-un məlumatına görə, Ləman Kazımova bildirib ki, indiyə qədər də evdə valideynləri ilə azərbaycanca danışıb: “Biz əvvəlcə Rotterdamda yaşayırdıq, amma sonra Essenə köçdük. Bu ölkədə mən özümü evimizdəki kimi hiss edirəm, xüsusilə məktəbimiz çox xoşuma gəlir. Mənim inşam məktəbə həsr edilmişdi, orada mən üç qızın dostluğundan danışmışam. Bu qızlar böyük şouda iştirak etməyi arzu edirlər və bir gün onların arzusu həyata keçir”.

Mektebgushesi.az

Bir cavab yazın