Məktəblərdən Bayıldakı sürüşmə sahəsi ilə bağlı heç bir vəsait toplanmayıb – RƏSMİ

 “Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb”.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilmiş məlumatda deyilib.

 

Məlumatda qeyd olunub ki, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.

 

“Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib. Qeyd edək ki, məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir”.

 

Mektebgushesi.az

Bir cavab yazın