Bu ilin ilk Günəş tutulması fevralın 15-də baş verəcək

Bu ilin ilk Günəş tutulması fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, Günəş tutulması Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Qeyd edək ki, bu il iyulun 13-də Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək baş verəcək digər Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə ediləcək. Avqustun 11-də Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək Günəş tutulması isə Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Mektebgushesi.az

Bir cavab yazın