Azərbaycan məktəblisi Avropa çempionu oldu

 

 

Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında keçirilən 45-ci qitə çempionatında I yeri tutub. O, 63 kq çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medalla təltif olunub.

Qeyd edək ki, T.Yaqubov 2017-ci ildə karate idman növü üzrə Azərbaycan çempionu olub.

 

Bir cavab yazın