Bəşəriyyətin ən önəmli 20 fəlsəfi mətni – SİYAHI

Məşhur  “Notos” dərgisi özünün sayca 12-ci böyük sorğusunu  keçirib. 248 filosof, yazıçı və elm adamının iştirak etdiyi sorğuda bəşəriyyətin ən vacib, dünya, insanlıq üçün ən önəmli sayılan 100 fəlsəfi əsəri müəyyən edilib.

Qeyd edək ki, həm qədim dövr, həm də orta əsrlər, eləcə də müasir dövrə aid olan fəlsəfi mətnlərin oxunması çox çətindir. Fəlsəfi dünyaya, təfəkkürün daha dərin qatlarına varmaq üçün həmin əsərlərə müraciət edən insanlar təbii ki, ilk növbədə xeyli çətinlik çəkmiş olurlar.

Qeyd edək ki, bu siyahıda yer alan əsərlər həm də fəlsəfi dünyaya varmaq üçün açar rolunu oynayırlar.

Birinci yerdə, Platonun “Dövlət” əsəri qərar tutub. Çox maraqlıdır ki, “Dövlət” əsəri birinciliyi ələ keçirməklə yanaşı, həm də siyahının ilk onluğunda yer alan yeganə antik dövr nümunəsidir. İkinci və üçüncü yerləri isə alman filosoflar İmannuel Kant və Fridrex Nitşe bölüşürlər. Kantın “Xalis zəkanın təqlidir” əsəri ikinci, Nitşenin “Zərdüşt belə söylədi” fəlsəfi mətni isə üçüncü pillədədir.

 

İlk beşliyi Martin Heydeggerin “Varlıq və zaman”, Spinozanın “Etika” əsərləri qapayır.

 

“Qızıl onluğ”u təşkil edən digər beş əsər də yəqin ki, oxucular üçün maraqlıdır. Ardıcıllıqla həmin fəlsəfi mətnlərin adlarını qeyd edirik: Hegel “Tinin fenomenologiyası”, Karl Marks “Kapital”,  Lyüdviq Vintgenşteyn “Məntiq və fəlsəfə haqqında traktatlar”, Aristotel “Metafizika”, Jan Pol Sart “Varlıq və heçlik”.

 

İlk 20-likdəki digər 10 əsər isə bunlardır:

11. Sokrat  – “Müdafiə”;

12. Jan Jak Russo –“Kütlə sözləşməsi”;

13. Aristotel – “Poetika”;

14. Rene Dekart – “İdarəetmə barəsind mülahizələr”;

15. Aristotel- “Kikomaks etikası”;

16. Teodor Adorno – “Minima Moralio”;

17. Rene Dekart –“Meditasiya”;

18. Tomas Hobbs – “Leviathan”;

19. Karl Marks – Fridrix Engels- “Kommunizm manifesti”;

20. İmmanuel Kant- “Praktik zəkanın təqlidi”;

Mektebgushesi.az

Bir cavab yazın