Məlahət Mürşüdlü: “Ali məktəblər bu tələbələrə təhsil haqlari ilə bağli güzəştlər etsin”

“Maddi durumun zəifliyinə görə, yalnız qaçqın və məcburi köçkünlər deyil, digər vətəndaşların övladları da bəzən təhsildən yayınır”.
O vurğulayıb ki, insanların ailə vəziyyətini, yaşayış şəraitini nəzərə alaraq, güzəştlər etmək lazımdır:
“Ödənişli ixtisaslara qəbul olan tələbələrin ailəsinin maddi durumu araşdırılmalıdır. Maddi durumu aşağı olan, sosial vəziyyəti uyğun olmayan tələbələrdən ödənişli ixtisaslar üçün eyni pul tələb edilməməlidir. Nəzərə almaq lazımdır ki, övladını oxudan ata-ana işlə təmin olunubmu? Mənzil durumu, ailə üzvlərinin sayı nə qədərdir? Bu pulu ödəyə biləcəkmi? Əgər həmin ailələr ixtisas üçün tələb olunan pulu ödəyə bilmirsə, onlara güzəşt edilməlidir”.
Qeyd edək ki, 2011-2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu ildən isə ödənişli əsaslarla ali məktəbə daxil olan məcburi köçkün tələbələr təhsil haqqından azad edilməyəcək. Yəni onlar da pullu ixtisaslara qəbul olunacaqları təqdirdə ödəniş edəcəklər.
Aysel Aslan

 

Bir cavab yazın