Mektebgushesi

Riyaziyyatçı repititorların istinad etdiyi “Namazov” kimdir

Azərbaycanda repititorlar 5-dən 9-cu sinifə qədər riyaziyyatdan hazırlaşan şagirdlərə “Namazovun kitabını” almağı tapşırır, hətta məktəblərdə də dərsliklə yanaşı çalışma kitabı kimi ondan istifadə olunur. “Namazovun kitablarındakı tapşırıqlar çətin və düşündürücüdür, uşaq daim duşundükcə beyni fəallaşır”, Bakıda hazırlıq kurslarının birində dərs deyən riyaziyyat müəllimi Rufana Babayeva BBC Azərbaycancaya deyir. O əlavə edir ki, Namazovun kitablarında təkcə […]

Volqoqrad universitetinin tələbələri Qaradağ rayonunda olub (FOTO)

Volqoqrad Dövlət Universitetinin könüllü tələbələrindən ibarət nümayəndə heyəti Qaradağ rayonunda olublar. Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rus dilinin və mədəniyyətinin təbliğatı ilə bağlı Volqoqrad Dövlət Universitetinin könüllü tələbələrindən ibarət nümayəndə heyətinin “Vol QU Ryadom” təhsil layihəsi çərçivəsində Qaradağ rayonuna səfəri 02-06 oktyabr 2017-ci il tarixində nəzərdə tutulub. Tədbirin məqsədi gənclər arasında mehriban qonşuluq […]

Bu müəllimlər də diaqnostik qiymətləndirilməyə cəlb olunacaq

Azərbaycanda optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində ümumtəhsil fənn müəllimləri və mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib. O bildirib ki, bundan sonra həmin müəssisələr üzrə vakant yerlər elan olunacaq və müəllimlərin işə qəbulu aparılacaq: Agentlik direktoru qeyd edib ki, bütün […]

Fizika üzrə Nobel mükafatının yeni qalibləri AÇIQLANDI

Fizika üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb. Enter.News xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı tədqiqatçılar Kip Torn, Rayner Vays və Harri Berriş bu ilin Nobel qalibləridir. Alimlər qravitasiya-şüalanma üzrə interferometrik LİGO observatoriyasının əsasını qoyublar. Alimlərin mükafatlandırma mərasimi dekabrın 10-da Stoqholmda keçiriləcək tədbirdə təqdim olunacaq.   Mektebgushesi.az

ADPU-nun Filologiya fakültəsinə 500-dən çox balla qəbul olunan tələbələrlə görüş keçirilib

Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2017-2018-ci tədris ilində 500-dən çox bal toplayaraq Filologiya fakültəsinə qəbul olunan tələbələrlə görüş keçirib. Filologiya fakültəsinin və Kitabxana-İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ADPU öz fəaliyyətində keyfiyyətcə yeni bir mərhələyə daxil olub. […]

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi diploma layiq görülüb

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında keçirilmiş “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfransda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrasının müəllimləri Tamilla Əsgərova, Günay Baxşəliyeva və Natiq Mürsəlov məruzə ilə çıxış ediblər. Konfransda T.Əsgərovanın “Orta əsrlərdə İslam ölkələrində kitabxanaların meydana gəlməsi və […]

BDU və Çexiyanın Karlova Universiteti əməkdaşlıq əlaqələrinin 45 illiyini qeyd etdi

Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib. Ötən illər ərzində 500-dən çox professor-müəllim […]

ADU-da Çinin siyasi tarixinə dair seminar keçirilib

Oktyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin Xalq Respublikasının yaranmasının tarixi” mövzusunda Çin Xalq Respublikasının yaranmasının 68 illiyi – milli bayramına həsr olunmuş tələbə elmi seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin Xalq Respublikasının yaranmasının tarixi səbəbləri və bu hadisənin XX əsrin dünya […]

Masazırda laçınlı məcburi köçkünlər üçün tikilən yeni məktəb binasının açılışı olub

ABŞ-ın maliyyə yardımı ilə Abşeron rayonunun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkün icması üçün tikilən yeni məktəb binasının oktyabrın 3-də açılışı olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və […]

İsa Həbibbəyli: "Ən yaxın zamanda Azərbaycanda peşə təhsili rəqabətədavamlı sahələrdən biri olacaq"

Ən yaxın zamanda Azərbaycanda peşə təhsili rəqabətədavamlı sahələrdən biri olacaq. Bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli oktyabrın 3-də “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək proqramı – peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda keçirilən seminarda deyib. Akademik İsa Həbibbəyli deyib: “Hər kəs […]

Sorğunun nəticəsi: Peşə məktəblərinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdəki işlərlə həmahəng deyil

Son 1 il ərzində Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət tərəfindən sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil”. Trend -in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq rəhbəri Ceroen Uilyams bildirib. C.Uilyams deyib ki, bir çox […]

Bakı məktəblərində işə qəbul üzrə müsabiqə elan edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. İdarədən Trend-ə verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər oktyabrın 3-dən http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 10 təqvim […]

ADPU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək

Xəbər verildiyi kimi, oktyabrın 6-8-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək. “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Sərgi […]

Əhməd Qəşəmoğlu: "DƏHŞƏT GÖRMÜŞ UŞAQLAR"…

İŞİD-dən qurtulmuş körpələri başlı-başına buraxsaq, gələcəkdə çox təhlükəli adamlar olarlar “Bağdaddakı azərbaycanlı uşaqların ölkəmizə göndərilməsi üçün İraq hökumətinin qərarını gözləyirik”. Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. Qafarov bildirib ki, hazırda bu istiqamətdə əlaqədar qurumlarla işlər aparılır və siyasi qərar verilməlidir: “İŞİD-dən xilas edilən uşaqlar və valideynləri ilə bağlı rəsmi yazışmalarımızı davam etdiririk. […]

ADNSU-nun Əsaslı kitabxanası mükafatlandırılıb

Sentyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı İdman Sarayında təşkil etdiyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə mükafatlandırlıb. Qeyd edək ki, 100-dək yerli və 40-dan artıq xarici nəşriyyat, universitet, kitab evi və digər təşkilatların qeydiyyatdan keçdiyi sərgidə ADNSU-nun Əsaslı kitabxanasının 150 kitabı […]