Mektebgushesi

"Media Təqib Mərkəzi" universitetlər mediada analiz işini yekunlaşdırıb

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb. Mektebgushesi.az Media Təqib Mərkəzinə istinadən universitetlərlə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir: 2017-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 5192 xəbər yerləşdirilib. Bunlardan 102 xəbər mənfi, 47 xəbər müsbət, 5043 xəbər isə neytraldır. Mənfi xəbərlər […]

Ermənistan universitetlərində Azərbaycan dili TƏDRİS edilir: FOTO  

Ermənistan Dövlət Universitetində Azərbaycan dili tədris edilməyə başlayıb. Mektebgushesi.az big.az-a istinadən xəbər verir ki, bir qrup erməni tələbə bu barədə özləri sosial şəbəkədə məlumat yayıblar. Onlar Azərbaycan dilində statuslar yazaraq Ermənistan Dövlət Universitetində Azərbaycan dili öyrəndiklərini yazıblar. Sözügedən faktı sizə təqdim edirik.

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək? – EKSPERT RƏYLƏRİ + FOTOLAR

Son günlərdə geniş müzakirə olunan məsələlərdən biri də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildən etibarən orta ümumtəhsil müəssisələrində şagirdlərin qiymətləndirilməsi (buraxılış) və qəbul imtahanlarının modelinin dəyişdirilməsidir. Belə ki, hazırki modelə görə, xarici dil sadəcə buraxılış imtahanlarına salınacaq. Qəbul imtahanlarında isə abituriyentlər aşağıdakı fənnlərdən imtahan verəcəklər: I qrup II qrup III qrup IV qrup Riyaziyyat […]

BSU-nun Tələbə Həmkarlar Təşkilatı idarə heyətinin iclası olub

  29 sentyabr, 2017-ci ildə Bakı Slavyan Universitetinin konfrans zalında universitetin Tələbə Həmkarlar Təşkilatı idarə heyətinin iclası olub. İclasda THİ-nin sədri Rüfət Həşimov, bu təşkilatın sədr müavini Əkrəm Mirzəzadə və fakultə sədrləri iştirak ediblər. İlk açılış sözü ilə Rüfət Həşimov idarə heyyətinə yeni qoşulan üzvləri təqdim edib. Fakultə sədrlərinə və komitələrə müvafiq tapşırıqlarını verən sədr […]

Yediyimiz qidalar doğurdanmı keyfiyyətlidir?

Günümüzün aktual olan problemlərindən biri istifadə müddəti bitmiş yararsız məhsullardır. Doğrudur, ara-sıra monitorinqlər zamanı belə məhsullar aşkar edilərək məhv edilsə də, amma təəssüflər olsun ki, bir çox sahibkarlar bu məsuliyyəti dərk etmək istəmirlər. İstifadə müddəti bitmiş məhsulların insan orqanizminə nə qədər böyük zərərləri olduğunu hamımız yaxşı bilirik. Bilməyənlər üçün yada salaq ki, bu məhsulların tərkibindəki […]

BDU nümayəndə heyəti Çində keçirilən Beynəlxalq Forumda iştirak edib

Çin Xalq Respublikasının Sian şəhərində Avrasiya Beynəlxalq Elmlər Akademiyasının Çin Elmi Mərkəzi tərəfindən təşkil edilən “Bir xətt və bir yol” adlı Elmi-Texniki və İnnovativ Əməkdaşlıq Forumu keçirilib. Forumda Bakı Dövlət Universitetini prorektor, professor İradə Əliyeva və Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova təmsil ediblər. Professor İradə Əliyeva Bakı Dövlət Universitetinin Avrasiya qitəsində rolu, kimya, fizika, […]

ADDA Londonda Beynəlxalq Tələbə Forumunda təmsil olundu

Londonda Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının (İAMU) təşkilatı ilə tələbə forumu keçirilib. Forumda Azərbaycan Dövlət Dəniz Akademiyasını “Gəmi mexanikası” fakültəsinin “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Azər Ağazadə təmsil etmişdir. Gələcəyin dənizçiləri İngiltərə paytaxtında Beynəlxalq Dəniz Təşkilatının (İMO) qərargahında olublar. Müxtəlif ölkələrin dənizçilik universitetlərindən gəlmiş 60-dan çox tələbənin iştirak etdiyi görüşdə İMO-nun baş […]

Azərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov “Qlobalistika-2017: qlobal ekologiya və davamlı inkişaf” mövzusunda V Beynəlxalq elmi konqresdə çıxış edib. M.V. Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) keçirilən konqresdə 35 ölkədən mindən artıq alim, o cümlədən Nobel mükafatı laureatları, tanınmış elmi qurumların və assosiasiyaların […]

Bakı Mühəndislik Universitetinin əməkdaşı Silikon Vadisində.

Elmi-pedoqoji keyfiyyətin yüksəldilməsi, o cümlədən yüksək texnologiyaların inkişafı istiqamətində bilik və bacarıqların gücləndirilməsinə əhəmiyyət verən Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi əməkdaşlarının xarici ölkələrdə təcrübə keçməsinə maraq göstərir. Bu istiqamətdə aparılan işlərin bir hissəsi kimi, BMU Texnoparkının müdir mavini dosent İsa Qasımov keçən ay ABŞ-ın San-Fransisko şəhərinə (Kaliforniya ştatı, Silikon Vadisi) ezamiyyətə göndərilib. Yüksək texnologiyaların, o […]

Məlahət Mürşüdlü "Məktəbdən uzaqlaşıb, repetitor yanına gedən uşaqlar məktəbə qayıdacaq”.

 Artıq şagirdlər daha ciddi səylə məktəb daxilində təlimlə məşğul olacaqlar “Çünki yekun qiymətləndirməyə əsasən nəticə qəbul imtahanlarına təsir edəcək. Yeni dəyişikliklər müəllimləri də vadar edəcək ki, işinə daha məsuliyyətlə yanaşsınlar. İmtahan götürüləcək fənlərin sayının bütün qruplar üzrə 3-ə endirilməsi çox yaxşıdır. Həm valideynlərin iqtisadi vəziyyəti üçün müsbətdir. Həmçinin uşaqlara daha mükəmməl qəbul imtahanlarına hazırlaşmasına imkan […]

Dövlət İmtahan Mərkəzində hazırlıq kursları təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları təşkil edir. Oktyabrın 18-dən başlanacaq ikiaylıq kurslarda iştirak etmək istəyənlər üçün qeydiyyat oktyabrın 16-da saat 23:59-da başa çatacaq. Həmin tarixdən sonra qeydiyyatdan keçənlər 2018-ci il yanvarın 9-da başlanacaq kurslarda iştirak edəcəklər. Xatırladaq ki, kurslarda yalnız […]

Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

Oktyabrın 2-də dövlət ümumtəhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb. Mektebgushesi.az- xəbər verir ki, məktəbəhazırlıq qruplarının yaradılmasının məqsədi beşyaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlılığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr […]

Tibb və fiziologiya üzrə Nobel mükafatına amerikalı alimlər layiq görülüblər

İsveçdə 2017-ci il üçün tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub. Mektebgushesi.az “nobelprize.org” saytına istinadla xəbər verir ki, bu mükafata ABŞ-dan olan alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Onlar “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə Nobel mükafatı ilə təltif ediliblər. Qeyd edək […]

ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzində yeni təlimlərə start verilib

Oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzi tələbələr üçün təlimlərə start verib. “İnnovativ sahibkarlıq və startap biznesinə giriş” adlı təlim İsrailli mentor İqor Peer tərəfindən keçirilib. Təlimdə ADNSU-nun tələbələri ilə yanaşı digər ali məktəblərin bu sahəyə marağı olan tələbələri də dəvət olunub. Təlimdə öz biznesini qurmaq istəyən […]

Gələn il keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu üzrə materiallar hazırlanır

2018-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların və metodik materialların hazırlanması məqsədilə Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 9-dan etibarən fənlər üzrə elmi metodik seminarlara başlanılır (http://dim.gov.az/activities/seminar/). DİM-dən AZƏRTAC-a bildiriblər ki, elmi-metodik seminarlar Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında – Asiya Universitetinin binasında (4 cü mərtəbə, akt zalı) keçiriləcək. Seminarların iş qrafiki ilə mərkəzin […]