Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnşaat Kolleci 2017-2018-ci tədris ili üçün nəzərdə tutulmuş qəbul planını 94 faiz yerinə yetirib.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, ümumi qəbul planına uyğun olaraq bu il İnşaat Kollecinə 350 plan yeri ayrılıb. Ümumi orta təhsil bazasından, yəni 9 illik təhsil bazasından qəbul üçün kollecə 292 yer verilib və 274 nəfər qəbul olunub. Tam orta təhsil bazasından isə kollecə 58 yer ayrılıb və 55 nəfər qəbul edilib.
Beləliklə, İnşaat Kollecinə yeni tədris ilində qəbul olunan 329 nəfərdən 139-u dövlət sifarişi, 190-ı isə ödənişli əsaslarla təhsil alacaq.

Mektebgushesi.az

Bənzər yazılar