Deməli belə!
Hillari xanım təzə bir kitab yazıb.
Klintonun arvadı Klintonu deyirəm…
Seçkidə uduzmuşdu axı…
Yandığından yazıb…
495 dənə səhifəsi var.
Adı da “Nə baş verib?”dirdi…
Kitabın adı…
Donald Trampa məğlub olmasının səbəblərini yazıb…
Birnəfəsə oxudum…
(kitab haqında yazılanı)
C. Məmmədquluzadədən pis yazır…
Amma…
Xanım Klinton orda (kitabda) maraqlı bir ifadə işlədib…
O ifadədən gördüm ki, möhtərəm cənab prezident Tramp həzrətləri bizim adamdı.
Yəni Azərbaycanlıdı…
Deyir ki, “sanki Tramp “HƏQİQƏTƏ QARŞI MÜHARİBƏ aparır…””
Bu ifadədən gördüm ki, Tramp bizlərdən deyil e…
Elə bil Tramp konkret bizlərdəndi …
Özü də üçqat:
1. Azərbaycanlıdır…
2. Müsəlmandır…
3. Milli məmurumuzdur…
Hə bir də mənim namizədliyim olmuşdu e…
Deputatlığa…
O seçkidən də məndə maraqlı faktlar var…
Bunu elə-belə dedim…
İndi əsas “Tramp” dı…
Bəzi bizimkilər kimi “HƏQİQƏTƏ QARŞI MÜHARİBƏ” aparan Tramp…
“Qədəmlərin mübarək ya cin”
 

Bənzər yazılar