Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunan tədbir “İNOCTE 2017-“Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin önünə də gül düzülüb.
Açılışda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli şərqi və qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələrinin müzakirə edilməsi və fikir mübadiləsi aparılması baxımından konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, məqsəd türk dünyasının ortaq tarixi dəyərləri ilə bağlı araşdırmaların genişləndirilməsinə, bu sahədə çalışan alimlərin bilik və təcrübələrinin bölüşdürülməsinə imkan verə biləcək akademik bir platforma yaratmaqdır.
Konfrans sentyabrın 14-dək davam edəcək.