Bakı Şəhəri üzrə Təhsil İdarəsi ibtidai siniflərdə iş dəftərlərinin məcburi şəkildə satılması məsələsinə münasibət bildirib.
“Report” xəbər verir ki, idarənin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib ki, uşaqların inkişafına təsir və təmin edən əlavə tədris materiallarının çoxluğu onların yaxşı təhsil almalarına xidmət edir.
Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu məsələyə məhdudiyyət qoymayıb, amma iş dəftərlərinin alınmasını da tələb etmir: “Eyni zamanda, bəzi hallarda uşaqlarla iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər. Cəmiyyətdə olan narazılıqları aradan qadırmaq üçün bu il Təhsil İdarəsinin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəyinki ibtidai sinif, ümumiyyələ bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək. Düşünürəm ki, bu məsələdə də ibatidai sinif müəllimlərinə lazımi və səmərəli tövsiyələr veriləəck. İbtidai siniflərdə iş dəftərlərinin məcburi şəkildə alınması və olması ilə bağlı heç bir məcburiyyət yoxdur. Bu uşaqların müstəqil işi üçün lazım olan tapşırıq dəftəridir”.
M.Vəliyeva vurğulayıb ki, bu gün Bakı məktəblərinin yalnız 15 faizində şagird sıxlığı müşahidə edilir: “Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə,uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üşçün həmin uşaqlar da bu məktəblər yerləşdirilir. I sinfə qəbulda 45 mindən artıq uşaq artıq məktəblərə sənədlərini təqdim edib. Biz 46 mindən çox uşağın yeni tədris ilində I sinfə qəbulunu gözləyirik”.

Bənzər yazılar