Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında bəzi statistik göstəriciləri açıqlayıb.
DİM-dən “Report”a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılan plan yerləri 8004 olub.
Müsabiqənin nəticələrinə əsasən 7806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul planı ümumilikdə 97.51% yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də plan qəbul planı 100% yerinə yetirilib.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22‑dən 31‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Mektebgushesi.az

Bənzər yazılar