İlk növbədə qeyd edim ki, həmmüəllifi olduğum Azərbaycan tarixi 10-cu sininflər üçün dərslik layihəsinin xeyli hissəsinin(!!!) materialların oğurluq (plagiat) olması haqqında uzun müddətdir ki, tarix, elm, təhsil sahəsində olsam da, nə adlarını nə də fəaliyyətini görüb eşitmədiyim bəzi tarixçilər irad bildirilir.
Gelməlisi odur ki, onlar dərslik qalıb kənarda, mənim haqqımda öz ağılları ilə əsası olmayan araşdırma aparıb fikir bildirirlər. Bu da onların qərəzli, savadsız olduqlarının bariz nümunəsidir.
Əvvəla o tarixdən xəbəri olmayanların nəzərə çatdırmaq istəyirəm ki,dərslik layihəsinin xeyli hissəsində yox cəmi bir neçə paraqrafda müəyyən uyğunluqlar var.Bu uyğunluqların da əsas səbəbi istifadə edilmiş tarixşünaslıq materiallarının eyni mənbədən götürülməsidir. İkincisi, həmin nəşrdə (2001)verilmiş material bütünlüklə Z.Bünyadovun 1989-cu ildə çap olunmuş (daha sonra 2007-ci ildə təkrar çap olunmuşdur) “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərindən köçürülmüş (bax. səh. 227-246) və bu mənbə dərsliyin sonunda göstərilməmişdir. Həmin dərslikdəki IX-XI əsr Azərbaycan dövlətlərimizlə bağlı digər mövzular (Salarilər dövləti, Rəvvadilər dövləti, Şəddadilər dövləti, qismən Şirvanşahlar dövləti) haqqında da bunları söyləmək olar. Daha dəqiq desək, həmin mövzuların (o cümlədən, hazırkı layihəyə daxil edilmiş) bir əsas mənbəyi vardır: M.X.Şərifli. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, “Elm” nəşriyyatı, 1978, 344 səh. M. Şəriflinin Orta əsr mənbələrini, özündən əvvəlki tədqiqatçıların əsərlərini araşdıraraq bu fundamental əsəri ərsəyə gətirmiş (əsər bu yaxınlarda təkrar nəşr edilmişdir), sonralar isə bu dövrə müraciət edən hər kəs birbaşa və ya dolayısı yolla həmin tədqiqatdan istifadə etmişdir (akademik Z.Bünyadovun yuxarıda göstərilən əsərində Sacilər dövləti mövzusu, AMEA Tarix institutu tərəfindən nəşr olunan və akademik N.Vəlixanlının müəllif olduğu VII cildlik Azərbaycan tarixinin II cildində təqdim olunan IX-XI əsr dövlətlərimizlə bağlı mövzular, ayrı-ayrı ali məktəblərin çap etdirdiyi “Azərbaycan tarixi” kitablarda bəhs olunan mövzular məhz M.Şəriflidən götürülmüşdür). 2001-ci ildə nəşr olunan Azərbaycan tarixi dərsliyindən fərqli olaraq hazırkı layıhədə istifadə edilən mənbələr, əsərlər göstərilmişdir. Onu da qeyd etməyi özümüzə borc bilirik ki, son 15-20 il ərzində Azərbaycan məktəblərində tədris olunan Ümumi tarix dərsliklərindəki materialların mühüm bir hissəsi keçmiş sovet dərsliklərindən (Korovkin, Agibalova və b. müəllif olduqları) köçürülmədir. Həmin dərsliklərin müəllifləri nəşr etdirdikləri dərsliklərə bu köçürdükləri elmi əsərlərin adını belə dərsliklərə əlavə etməmiş, rus-sovet alimlərinin fikrlərini oğurlayıb öz beyinlərinin məhsulu kimi təqdim etmişlər.
Onu da qeyd edim ki, Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə ekspertlərin tövsiyələrindən fərqli olaraq saytlarda həmmüəllifi olduğum dərsliyə irad adlandırılan rəydə dərslik layihəsi müəlliflərinə iradlar tutlsa da,
hazırki layihəyə özünü tarixçi adlandırıb bizi itiham edənlərin kitaba yardım edəcək ciddi təklifləri verilməmişdir. Verdikləri təhliflər ibridai sinif səviyyəsindən də aşağı səviyyədədir və demək olar ki, heç biri qəbul edilməyib. Əksinə dərslik layihəsi hər vəchlə aşağılanmış,beləliklə nəinki müəlliflərin, eyni zamanda onu qiymətləndirən TN ekspertlərinin, TQDK-nın (indiki DİM) əməkdaşlarının zəhməti yumşaq desək, şübhə altına alınmışdır. Müəlliflər 10-cu siniflər üçün hazırlanmış Ümumi tarix dərslik layihəsinin geniş ictimai müzkirəyə çıxardığına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlığını bildirir. Müzakirələr zamanı respublikamızın qabaqcıl pedaqoji işçiləri tərəfindən qeyd edilən dəyərli rəy və təkliflər dərslik layihəsinin daha da təkmilləşdirilməsinə yardımçı olmuşdur. Müəlliflər həm də Təhsil Nazirliyinin dərslik layihələrinin qiymətləndirilməsi üçün AMEA-nım müvafiq insitutlarına göndərilməsini alqışlayr, gələcəkdə də bu tendensiyanın davam etdirilməsini arzulayır. Lakin xahiş olunur ki, AMEA-nın institutlarında yaradılmış qiymətləndirmə üzrə işçi qrupu üzvlərinin həmin ildə tenderə çıxarılmış dərslik layihələrininin yazılmasında iştirak edib – etməmələri də diqqət mərkəzində saxlanılsın.
Onu da qeyd edim ki, Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə ekspertlərin tövsiyələrindən fərqli olaraq saytlarda həmmüəllifi olduğum dərsliyə irad adlandırılan rəydə dərslik layihəsi müəlliflərinə iradlar tutlsa da, hazırki layihəyə onlar yardım edəcək ciddi təkliflər verilməmişdir. Əksinə dərslik layihəsi hər vəchlə aşağılanmış,beləliklə nəinki müəlliflərin, eyni zamanda onu qiymətləndirən TN ekspertlərinin, TQDK-nın (indiki DİM) əməkdaşlarının zəhməti yumşaq desək, şübhə altına alınmışdır. Müəlliflər 10-cu siniflər üçün hazırlanmış Ümumi tarix dərslik layihəsinin geniş ictimai müzkirəyə çıxardığına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlığını bildirir. Müzakirələr zamanı respublikamızın qabaqcıl pedaqoji işçiləri tərəfindən qeyd edilən dəyərli rəy və təkliflər dərslik layihəsinin daha da təkmilləşdirilməsinə yardımçı olmuşdur. Müəlliflər həm də Təhsil Nazirliyinin dərslik layihələrinin qiymətləndirilməsi üçün AMEA-nım müvafiq insitutlarına göndərilməsini alqışlayr, gələcəkdə də bu tendensiyanın davam etdirilməsini arzulayır. Lakin xahiş olunur ki, AMEA-nın institutlarında yaradılmış qiymətləndirmə üzrə işçi qrupu üzvlərinin həmin ildə tenderə çıxarılmış dərslik layihələrininin yazılmasında iştirak edib – etməmələri də diqqət mərkəzində saxlanılsın.
Sonda bərbad vəziyyətdə tenderə kitab təqdim edib biabırçıcasına məğlub olanlara tövsiyyə edirəm ki, məğlubiyyətidə bacarmaq lazımdır. Şou-biznes adamları kimi heç bir əsası olmayan qalmaqal yaratmaqdansa, gedib tarix oxusunlar, kurikulumu mənimsəsinlər və növbəti dərslik tenderlərinə qatılsınlar.

Bənzər yazılar