Azərbaycan Dövlət Aqrar Universitetin Polşa universitetləri ilə əməkdaşlığı ildən ilə artıb və mövcud əlaqələr daha da genişlənib.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, ötən həftə Polşanın daha bir universitetinə səfər olub.  Məlum olduğu kimi Polşanın Təbiət Elmləri və Texnologiya Universitetində beynəlxalq işçi heyəti həftəsi keçirilib. Tədbirdə Aqrar Universitetin əməkdaşlarından Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nərmin Şəfiyeva,  Aqronomluq fakültəsinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının dosent əvəzi, biologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılzadə iştirak edib. Beynəlxalq işçi həftəsinə Avropa, Amerika və Türkiyə universitetləri də daxil olmaqla ümumilikdə 16 universitetin nümayəndəsi qatılıb.
Tədbir zamanı hər bir universitetin təqdimatı olub uş və əlaqələr qurulub. Sonda universitetin maddi texniki bazası və laboratoriyalarla ümumi tanışlıq başlayıb və bütün iştirakçılara sertifikat verilib.  
 

Bənzər yazılar