Gəncə şəhərində ağır yol qəzası qeydə alınıb.
mektebgushesi.az Avtosfer.az-a istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub. Yol qəzasının qurbanı olan 58 yaşlı Səidə adlı müəllimə Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənini tədris edirmiş. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.
Məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində “İmperial” şadlıq sarayında müğənnilik edir. Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif  başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib.
https://mektebgushesi.az
http://pressclub.az/wp-content/uploads/2017/06/0d1a1109-e799-4410-b48c-2846c1f99e52-225x300.jpg

Bənzər yazılar