İyunun 6-da Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü qeyd olunub. Tədbir çərçivəsində Azərbaycanın orta təhsil müəssisələrinin şagirdləri arasında Rus Dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadasının və “A.S.Puşkin iki yüzilliyin aynasında” layihəsinin nəticələrinə yekun vurulub.
AZƏRTAC xəbıər verir ki, universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə nəzər salıb. O, uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğulayıb. N.Əliyeva BSU-da hazırda Rusiya ilə bağlı iki mədəniyyət və təhsil ocağının – Sankt-Peterburq və Moskva mərkəzlərinin fəaliyyət göstərdiyini, həmin şəhərlərdə isə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mərkəzlərin fəaliyyət göstərdiyini vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb, xalqlarımız və ölkələrimiz arasında daim qarışılıqlı etimad olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda rus dilinə məhəbbətin tarixi köklərindən danışıb, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini xatırladıb.
Sonra Olimpiada qaliblərinə mükafatlar təqdim olunub.
http://mektebgushesi
 

Bənzər yazılar