Mektebgushesi

Müəllimlər üçün mühüm hadisə – Sabahdan başlayır…

Sabahdan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə paylaşıb. O bildirib ki, bu proses iyulun 14-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçə bilərlər. İşə qəbul […]

ADNSU-da “Məzun Günü” keçirilib

  İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun Günü” qeyd edilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov, universitetin İctimai Etimad Şurasının üzvləri, professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı […]

ADNSU-nun təhsildə fərqlənən tələbələri mükafatlandırılıb

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2016/2017-ci tədris ilində təhsildə fərqlənən tələbələrın mükafatlandırılma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev tədris ilində universitetin ictimai həyatında xüsusi rol oynayan tələbələrin, eləcə də beynəlxalq və ölkə əhəmiyyətli yarışlarda, universitetlər arasında keçirilən olimpiadalarda ADNSU-nu layiqincə təmsil edən tələbələrin […]

BDU-da Məzun günü

Bu gün Bakı Dövlət Universitetində Məzun günü keçirilib. Tədbirdə əvvəlcə beynəlxalq tələbə himni – “Qaudames” səsləndirilib və məzunlar “Universitetim” şeirini oxuyublar. Sonra çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin də məzunu olduğu bu ali təhsil ocağını […]

ADPU-da Məzun gününə həsr edilmiş tədbir keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə iştirak ediblər. Öncə ulu öndər Heydər Əliyevin ADPU-dakı abidəsi önünə əklil və gül dəstələri qoyulub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbiri giriş nitqi ilə […]

ADNSU rektoru DAAD-ın təqaüdünü qazanmış tələbələrlə görüşüb

  İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı üzrə təqaüd qazanmış tələbələrlə görüşüb. Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə, DAAD-ın Bakı bürosunun rəhbəri Ştefani Düfo və DAAD təqaüdü qazanmış tələbələr iştirak edib. ADNSU-nun rektoru, […]

Kamal Abdulla: “Tələbə ilə mənim aramda heç kim dura bilməz”

“Məhəbbət iki tərəfli olmalıdır” “Bu işə könül xoşluğu ilə başladım…” mektebgushesi.az Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın müsahibəsini təqdim edir. – Prezidentin sərəncamı ilə yenidən təhsil sahəsinə qayıtdınız. ADU-nun rektoru olmaq sizin üçün gözlənilən idimi?  – Əmək fəaliyyətimin istiqamətlərini prezident İlham Əliyev müəyyənləşdirdi. O, lazım bildi ki, müəyyən müddətdə Azərbaycanın millətlərarası, dini və multikulturalizm məsələləri üzrə dövlət müşaviri çalışım. […]

REKTOR:-"Tələbə universitetə istədiyi geyimdə gələ bilər"

“Rektoru olduğum universitetdə çoxlu saqqal saxlayan tələbələr var. Bu da onların öz işidir” Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub. Adı çəkilən universitetin İKT fakültəsində təhsil alan Əli Zeynallının mətbuata açıqlamasına görə, dünən dekan müavini zəng vurub, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort […]

Parlamentdə Heydər Əliyev, Rəsulzadə və Elçibəyin adına universitetlərin yaradılması təklif edildi  

“Mən əvvəllər də demişəm ki, hökumət “Azərişıq”, “Azərsu”və “Azəriqaz”ın özəlləşdirilməsi barədə düşünməlidir.Biz bunu nə qədər tez etsək, bir o qədər xərclərimizi azaldacağıq”.   Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi […]

ADU-nun tələbələri 5-ci Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsində uğur qazandı

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasının III kurs tələbəsi İlkin İsmayılov və II kurs tələbəsi Ziba Sadıqlı Gürcüstanın Tbilisi Azad Universitetində keçirilən GUAM ölkələrinin 5-ci Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsində iştirak edib. ADU-nun Yaponiya Araşdırmalar mərkəzinin rəhbəri Yaşar İbrahimovun da münsif kimi iştirak etdiyi müsabiqəyə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus […]

Saleh Məmmədov: "Azərbaycanı işğal edən və bölən ruslardan heç biri həyatda deyil"

Hörmətli Sabir bəy, böyük ustad! Çox sağ olun bu qədər qiymətli vaxtınızı ayırıb mənim fikirlərimi təhlil etmisiniz. Zənn edirəm ki, bizim strateji baxışlarımızda hər hansı ciddi fərq yoxdu, hər ikimizin ali məqsədi millətimizin islam işğalına qədər dünya düzənində tutduğu nisbi rolu müasir dövrdə özünə qaytara bilməkdi. İslamın əsas dayağını təşkil edən üç millətin – Türklərin, […]

UNEC-də “Strateji Plan”ın icrası təmin edilir

  UNEC-də Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Strateji Planı (2017-2020-ci illər üçün)”nın yerinə yetirilməsini təmin etmək məqsədilə işgüzar toplantı keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli iqtisadiyyatın və […]

Dünyanın ən təhsilli 11 ölkəsi – FOTOLAR

Təhsili güclü olan ölkələr bütün sahələrdə digərlərindən bir addım öndə olur. Bəs dünyada təhsilin səviyyəsi ən yüksək olan ölkələr hansılardır? mektebgushesi.az Popstar.az-a istinadən dünyanın ən təhsilli 11 ölkəsini təqdim edir. Sinqapur Finlandiya Hollandiya İsveçrə Belçika Danimarka Norveç ABŞ Avstraliya Yeni Zellandiya İslandiya

ADPU-da yaz semestrinin imtahan sessiyası başa çatdı

  Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyun ayının 30-da başa çatdı. Qeyd edək ki, ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, […]

Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlığa başlayır

  Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək. Türkiyənin İstinye Universitetinin rektor köməkçisi Göksel Aşan, Beynəlxalq Proqramlar direktoru İsmail Çiftçi və İnsan Resursları Departamentinin direktoru Eda Usta dünən Qərb Universitetində olublar. Tərəflər arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib və birgə mübadilə proqramlarının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub. Qeyd edək ki, universitetlər arasında müəllim […]