İndi də bir sıra sayt və FB səhifələrində dərs saatları ilə bağlı xəbərlərə və paylaşmalara start verilib. Yayılan xəbərlərə görə dərs saatları ilk növbədə müəllim heyəti arasında bölünməli, bunun üçün ilk növbədə qeyri-müəllimlərə verilən dərs saatları onlara qaytarılmalıdır.
Qeyri-müəllim hesab edilən UBR, laborant, psixoloq, kitabxanaçı, direktor və müavinləri, metodistlər, təhsil sistemində əsas iş-yeri qeyri ümumtəhsil müəssisəsi olan yerlərin əməkdaşları-məktəbdənkənar müəssisələrin məşqçi müəllimi, dərnək rəhbəri və s. nəzərdə tutulur. Təhsil sistemindən kənar müəssisədə əsas iş yeri olan şəxslər birmənalı şəkildə dərs saatlarına malik olmayacaqlar. Direktor və müavinlər müəllimlər dərs saatı ilə təmin olunduqdan sonra 6 saatadək dərs apara bilərlər. Müəllim keçərək əlavə dərs saatına malik olmaq istədikləri halda, TN -ə müraciət etməli, fərdi qaydada TN -də qiymətləndirmədən keçdikdən sonra artıq yalnız müəllim kimi fəaliyyət göstərə bilərlər. Metodistlər fərdi qaydada RTŞ -nin müraciəti ilə TN tərəfindən razılıq ilə məhdud dərs saatlarına malik ola bilərlər. Müəllimlər zəifdirlərsə dərs saatlarının bir qismi onlar arasında bölünməklə, vakansiyaya çıxarılmalı, sistemə “yeni nəfəs” gəlməlidir və s.
Əvvəla belə bir rəsmi informasiya heç bir rəsmi mətbu orqanında dərc olunmayıb və heç bir rəsmi qurum və şəxs tərəfindən hər hansı bir bəyanat və açıqlama ilə təsdiqini tapmayıb. Bununla belə, məsələyə “od olmayan yerdən tüstü çıxmaz” pinsipi ilə ynaşsaq, TN rəsmilərinin son bəyanat və açıqlamalarındakı məhz bu aspektdən olan mesajlara diqqət yetirsək və nəhayət bu istiqamətdə artıq bir sıra yerli təhsil orqanlarınn “aktiv fəaliyyətə” başlaması barədə gələn xəbərləri nəzərə alsaq “torbada pişik var” ehtimalı özünü doğrultmuş olur.
Belə bir addımın gec-tez atılacağı onsus da əvvəlcədən hiss olunurdu, başqa sözlə gözlənilən idi. Hər şeydən əvvəl ona görə ki, “layihədə” də (əgər bunu şərti olaraq layihə adlandırsaq) deyildiyi kimi “dərs saatları ilk növbədə müəllim heyəti arasında bölünməli, bunun üçün isə ilk növbədə qeyri-müəllimlərə verilən dərs saatları onlara qaytarılmalıdır.” Həqiqətən də məktəblərimizdə xeyli kənar “saathesabılar” və əvəzedicilər var ki, bunlar da əsas müəllimlərin dərs saatı ilə düz-əməlli təminatı üçün bir manedir. “Təhsil sistemindən kənar müəssisədə əsas iş yeri olan şəxslərin birmənalı şəkildə dərs saatlarına malik olmayacaqlar”ı barədə ideya ilə də tam razılaşmaq olar.
“Direktor və müavinlər müəllimlər dərs saatı ilə təmin olunduqdan sonra 6 saatadək dərs apara bilərlər”- bax bu fikir tam yanlışdır və bununla heç bir halda razılşmaq olmaz. Bununla bağlı hər hansı bir əlavə şərh verməyə belə ehtiyac duymuram. Birdən təmin olunmadı… Bir çox direktorlar
onsuz da dərs demirlər və əgər dərs demirlərsə və və müavin də daxil olmaqla dərs də diləmirlərsə pedaqoji prosesə hansı rəhbərlikdən söhbət gedə bilər. Bir vaxtlar “müəllimi öyrədən” adlandırılan metodistlər dərs deməyəcəklərsə, dərs deyən müəllimə nə öyrədəcəklər?
“Müəllim keçərək əlavə dərs saatına malik olmaq istədikləri halda, TN -ə müraciət etməli, fərdi qaydada TN -də qiymətləndirmədən keçdikdən sonra artıq yalnız müəllim kimi fəaliyyət göstərə bilərlər.” Bu bəndə də əlavə prosedur baxımından heç bir ehtiyac görmürəm. Əgər 15-20 ilik dərs demək təcrübəsi olan direktor və ya müavinin vəzifədən ayrıldıqdan sonra yenidən müəllimliyə imtahan verməsi digərlərini deyə bilmərəm, mənə nədənsə bir qədər absurd görünür. “Müəllimlər zəifdirlərsə dərs saatlarının bir qismi onlar arasında bölünməklə, vakansiyaya çıxarılmalı, sistemə “yeni nəfəs” gəlməlidir” barədə fikir də nəsə o qədər də məntiqi və real görünmür. Hər halda son və konkret sözü məsələnin rəsmi açıqlamasından sonra demək olar.
O ki, qaldı doğru və yanlış olmasından asılı olmayaraq belə bir informasiyanın ictimailəşməsinə hesab edirəm ki, bu ictimai rəyin öyrənilməsi və fikir mübadiləsi baxımından bəlkə də faydalıdır. Nazirlik əgər belə bir qərarın qəbul edilməsində israrlı olsa belə yəqin ki, müzakirə və polemikalar baş tutduğu halda ictimai rəydən irəli gələn ağlabatan təklifləri nəzərə alacaq,
necə ki, 1 sentyabrla bağlı ictimai rəyə reaksiya verib, ümumi müzakirəyə çıxardı. Kimin nə sözünün olmasını bəri başdan deməsi, daha məqbul sayıla blər, nəinki müvafiq qərar qəbul edildikdən sonra. Necə deyərlər, “daldan atılan daş topuğa dəyər”.
 
https://mektebgushesi.az

Bənzər yazılar