Mektebgushesi

ADU-da Rektorla tələbələr arasında gərginlik – VİDEO

Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi ilə rektor Əfqan Abdullayev arasında gərginlik yaşanıb. mektebgushesi.az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevlə 4-cü kurs tələbələri arasında narazılıq səngimək bilmir. Buna səbəb yeni rektorun bundan öncə ləğv edilən dövlət imtahanını universitetdə bərpa etməsidir. Ötən gün rektorla tələbələrin görüşü zamanı da mövcud problem yenidən […]

Çin universitetinin nəzdində ADNSU-nun filialının açılması nəzərdə tutulur

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasınıa səfəri çərçivəsində Lançjou şəhərində bir neçə ali məktəbin rəhbərləri ilə görüşüb. Universitetdən mektebgushesi.az-a bildiriblər ki, görüşlərdə Çin tələbələrinin ADNSU-da təhsil almaları, müəllimlərin mübadiləsi barədə bu ölkənin Lançjou Universiteti və Lançjou Şəhər Universiteti ilə razılaşma əldə edilib. Eyni zamanda, Lançjou Şəhər Universiteti […]

ADMİU-da "İnsan alveri" mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Sosial İş İctimai Birliyi tərəfindən növbəti dəfə “İnsan alveri” mövzusunda seminar keçirilib. Seminarda Kulturologiya kafedrasında Sosial iş ixtisası üzrə təhsil alan I, II, III kurs tələbləri və sosial işçilər iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İnsan Alveri Qurbanlarına Xidmət Mərkəzinin rəhbəri Nəzakət Balabəyova tərəfindən tələbələrə “İnsan alveri […]

Maşın qiymətinə semestr imtahanı – Səməd Seyidovun sələfi ADU-da “narıncı inqilab” edir?

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevin universitetdə gördüyü işlərlə bağlı ilginc məlumatlar yayılıb. BakuPost.az-a daxil olan məlumata görə, sabiq rektor, deputat Səməd Seyidov tərəfindən vaxtilə “qələmi qırılmış” Ə.Abdullayevin ADU-da iqtidara gəlişi keçmiş dekanın əl-qolunu əməlli- başlı açıb. O, universitetdə ciddi “islahat”lara başlayıb. Ə.Abdullayevin “narıncı inqilabı” ilk dövrlərdə birbaşa S.Seyidova qarşı jestlərlə müşayiət olunub. Rektor […]

Məktəbdə bayram tədbiri: “Yaşa, Azərbaycan”

Nəsimi rayonunun ümumi təhsil müəssisələrində 28 May – Respublika Gününə həsr olunan silsilə tədbirlər keçirilir. Azərbaycanın milli bayramı münasibətilə məktəblərdə divar qəzetləri buraxılıb, “dəyirmi masa”, inşa yazıları, rəsm, şeir müsabiqələri, təqdimatlar, kompozisiya və bayram tədbirləri təşkil edilib. mektebgushesi.az xəbər verir ki, əlamətdar bayram münasibətilə Nəsimi rayonundakı 8 nömrəli tam orta məktəbdə “Yaşa, Azərbaycan” mövzusunda tədbir […]

“Qiymətləndirmə tapşırıqları” vəsaitləri hazırlanır

Dövlət İmtahan Mərkəzində (DİM) ötən illərdə hazırlanmış test kitabçalarının təkmilləşdirilməsi və yeni hazırlanacaq “Qiymətləndirmə tapşırıqları” vəsaitlərinin müzakirəsi aparılıb. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, həftə ərzində 5-ci sinif üzrə Azərbaycan dili, ingilis dili, rus dili (rus bölməsi), riyaziyyat, 6-cı sinif üzrə fizika, coğrafiya, Azərbaycan tarixi, ümumi tarix, biologiya fənlərindən test kitabçaları müvafiq siniflər üzrə dərsliklərin yeni nəşrləri […]

Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub

mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, bu, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğludur. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Kənan ilə dalaşan digər məktəbli polis tərəfindən ifadəsi alınması üçün saxlanılıb.   https://mektebgushesi.az

Qaxda 9-cu sinif şagirdini maşın vurub

mektebgushesi.az məlumat verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun  Qaxbaş kənd sakini 1994-cü il təvəllüdlü Turan Gündüz oğlu Əliyev idarə etdiyi “Nissan” markalı 10 EO 455 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Qax şəhər sakini, 2002-ci il təvəllüdlü […]

Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötür

Bu gün Azərbaycan . 99 il öncə Məmmədəmin Rəsulzadənin başçılığı ilə vətənpərvər Azərbaycan ziyalıları yoxdan bir dövlət qurublar. mektebgushesi.az xəbər verir ki, o dövrdə sahəsi 114 min kvadrat kilomeitr olan ərazidə müsəlman şərqində ilk demokratik dövlət elan edilib. Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk dəfə, hətta ABŞ və Avropa […]

Nadir İsrafilov: -"Görünür, bu xəmir hələ çox su aparacaq"

“Attestasiya”,“sınaq imtahanı”,“könüllü attestasiya”, ”lisenziya”,“sertifikasiya”,“diaqnostika”… Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək. “Attestasiyanın keçirilməsi təhsil sisteminin inkişafı üçün labüd haldır. Müəllimlərin bilikləri, nailiyyətləri, təhsil müəssisələrinin nəticələrinə və digər meyarlara görə differensiallaşdırılmış əməkhaqqı tətbiq olunacaq. Attestasiyada müvafiq balı keçə bilməyən müəllimlər ixtisasartırma kurslarına gedə bilərlər”. Bunu bir müddət əvvəl təhsil naziri Mikayıl Cabbarov “Təhsil Tv”-nin “Media […]

Xavər Qədirova:-Dərsdə tələbələrin fəaliyyətinə qoyulan tələblər

Təlim-tərbiyə prosesinin təkmilləşməsi üçün həyata keçirilən yeniliklər öz əksini təlimin əsas təşkil forması olan dərsdə tapmalıdır. Təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılmasında böyük əhəmiyyəti olan bir sıra məsələlər vardır. Bildiyimiz kimi, hər bir müəllim dərsdə bir neçə funksiyanı həyata keçirir. Ona görə də təlim məsələlərinin həllinə tələb qoyarkən hər bir konkret dərsdə tələbələrin tərbiyəsi və inkişafı ilə […]

Məktəblilərin davası ölümlə bitdi

Masallıda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Kənan  və Həsənağa adlı məktəblilər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Kənan gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəyə məktəblilər arasında yaranan mübahisənin səbəb olduğu […]

Sinifdə müşahidənin aparılması üçün mükafata layiq görülmüş texnikalar

  Bir çox müəllim üçün dərslərinin müşahidə edilməsi qorxulu və xoşa gəlməyən bir təcrübə kimi görünə bilər. Ancaq müşahidə peşə təhsili sahəsində təlim və tədrisin keyfiyyətinin artırılmasının mühüm bir hissəsi ola bilər. Birləşmiş Krallıqda yerləşən Çiçester Kolleci kouçinq mədəniyyətini tətbiq etmək məqsədilə öz müşahidə sistemini yenidən təşkil edib və həm müəllimlərin, həm də tələbələrin fikrincə, […]