Mektebgushesi

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib

Lənkəran Dövlət Universitetində “Məzun-2017” proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkası keçirilib. Lənkəran şəhər icra hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların […]

LDU-da 28 May Respublika Günü münasibəti ilə məntiq olimpiadası keçirilib.

28 May Respublika Günü LDU-da məntiq yarışması ilə yaddaqalan olub. LDU-nun professor-müəllim heyətinin Prestij-S tədris mərkəzi ilə birgə keçirtdiyi məntiq olimpiadasında tələbələrin məntiqi-riyazi bilikləri sınağa çəkilib.Olimpiadaya qatılan tələbələrə məntiq fənnindən 4 variant üzrə umumilikdə 50 sual təqdim olunub və sualların cavablandırılmasına 90 dəqiqə vaxt ayrılıb. Qeyd edək ki,yarışmanın qalibləri iki gün ərzində məlum olacaq.Onlara tədbir […]

ADNSU-da II Məzun-Karyera sərgisi keçirilib

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 56 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 239 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, Azərsu ASC, “BP”, Schneider Electric, Schlumberger və digər dövlət və özəl şirkətlər  iştirak edib. 1500-ə yaxın tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. […]

29 şəhər və rayonda sınaq imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün respublikanın 29 şəhər və rayonunda sınaq imtahanları keçirib. Bu barədə Trend-ə DİM-dən məlumat verilib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Mingəçevir, Goranboy, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, İsmayıllı, İmişli, Füzuli, Şirvan, Salyan, […]

Ucqar kəndin gənc müəllimi: “Hər gün 8 km tozlu-palçıqlı yolu dərsə piyada gedirəm”

mektebgushesi.az Modern.az saytının  “Ucqar kəndin gənc müəllimi” layihəsində növbəti müsahibəni təqdim edir. Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib. Bu dəfəki müsahibimiz Baləkən rayonu Aclıqbinə kənd orta məktəbinin tarix müəllimi Elvin Əliyevdi. O, müəllimlərin işə qəbul imtahanlarında yüksək bal (56 bal) toplayaraq, […]

Xüsusi imtiyazli 10 məktəblə bağlı böyük qalmaqal

“Bu, obyektiv yanaşma deyil. Bütün müəllimlər Azərbaycan vətəndaşları olaraq eyni hüquqlara, vəzifələrə malikdir və iş şəraiti hamı üçün uyğun, müvafiq olaraq qurulur”. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı tətbiq olunacaq yeniliklərin detallarını açıqlayıb. Nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, yeniliklərdən biri də bəzi müəssisələrə müsabiqədənkənar müəllim […]

Yüksək bal toplayan abituriyentlər Qərb Universitetində

  Qərb Universitetində ali məktəbələrə bu il keçirilmiş qəbul imtahanlarında yüksək bal toplamış şagirdlərlə görüş keçirildi. Universitetin rektoru professor Andris Leitas məktəbliləri salamlayaraq qəbul imtahanlarında göstərdikləri yüksək nəticəyə görə onları təbrik etdi, bu uğurun gərgin əməyin nəticəsi olduğunu ifadə etdi. Rektor Qərb Universiteti barədə məlumat verərək bildirdi ki, universitet beynəlxalq təcrübədə sınaqdan çıxarılmış tədris proqramlarını […]

Bu il altı mindən çox müəllimin işlə təmin olunması nəzərdə tutulur

Bu günədək 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Hazırda Bakı şəhərində məcburi köçkün məktəblərində çalışan yeddi min müəllimin diaqnostik qiymətləndirilməsi aparılır. Mayın sonunadək ölkə ərazisində müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi yekunlaşacaq. mektebgushesi.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu mayın 26-da Təhsil Nazirliyində keçirilən mətbuat konfransında bu qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. C.Valehov bildirib ki, […]

Paytaxt məktəbliləri Cocuq Mərcanlıda

Bakı məktəbliləri Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı məktəblilər Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış olublar. Səfər çərçivəsində 28 May – Respublika Günü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində “Yaşa Azərbaycan!” adlı […]

Maşın qiymətinə semestr imtahanı – Səməd Seyidovun sələfi ADU-da “narıncı inqilab” edir?

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevin universitetdə gördüyü işlərlə bağlı ilginc məlumatlar yayılıb. BakuPost.az-a daxil olan məlumata görə, sabiq rektor, deputat Səməd Seyidov tərəfindən vaxtilə “qələmi qırılmış” Ə.Abdullayevin ADU-da iqtidara gəlişi keçmiş dekanın əl-qolunu əməlli- başlı açıb. O, universitetdə ciddi “islahat”lara başlayıb. Ə.Abdullayevin “narıncı inqilabı” ilk dövrlərdə birbaşa S.Seyidova qarşı jestlərlə müşayiət olunub. Rektor […]

İmtahandan kəsilən qız intihara cəhd etdi

Tovuz rayonunda 17 yaşlı şagird buraxılış imtahanından kəsildiyi üçün intihara cəhd edib. mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü, Ağayeva Təhminə Sucəddin qızı, bu gün keçirilən buraxılış imtahanından kəsilib. Axşam saatlarında isə anasının istifadə etdiyi müxtəlif həbləri içərək intihara cəhd edib. Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qıza dərhal həkimlər […]