Mektebgushesi

Sabir Fondu KİV nümayəndələri ilə görüş keçirdi – FOTOLAR

Mirzə Ələkbər Sabir Fondu 26 may 2017-cı il tarixdə – dahi Azərbaycan şairi M.Ə.Sabirin 155-ci ildönümü ərəfəsində media nümayəndələri ilə ənənəvi səhər yeməyi toplantısı keçirdi.   mektebgushesi.az xəbər verir ki, öncə Fondun prezidenti Sevda Tahirli dəvəti qəbul etdiyinə görə KİV nümayəndələrinə öz minnətdarlığını bildirdi. Daha sonra o, Mirzə Ələkbər Sabir Fondu haqqında ətraflı məlumat verərək […]

5 gün ərzində müəllimlərin yerdəyişməsi üçün sənəd qəbulu aparılacaq

Bu il müəllimlərin işə qəbulu müsabiqəsi üçün rekord sayda – 6000-dən çox vakant müəllim yeri çıxarılacaq. mektebgushesi.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu gündən başlayaraq 5 gün ərzində müəllimlərin yerdəyişməsi üçün sənəd qəbulu aparılacaq. İş yerini dəyişmək üçün müəllim ərizəsində 4 […]

Nadir İsrafilov:- "Niyə görə qurunun oduna yaş da yanmalıdır"

    Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım. Eşqi Bağırov: “Biz bu kateqoriyadan olan müəllimlərin dərs yükünün minimuma endirilməsinin tərəfdarıyıq”. Açığını geyim ki, bu kimi “bəyanatları” oxumaqdan artıq gözümüz tor salıb. Yəni, bu şərəfli və müqəddəs peşə sahibi hesab etdiyimiz müəllimi diaqnostik qiymətləndirmə adı ilə nə vaxta qədər hallandırmaq, aşağılamaq, heysiyyatı ilə oynamaq, təhdid […]

DİM: Rayonlarda keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

Martın 12-də, 18-də və aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə mərhələli şəkildə açıqlanacaq. mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanların nəticələri ilə bağlı 5-9 iyun tarixlərində DİM-də Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 30-dan başlayaraq şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə […]

Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə – Xəbərdarlıq

Yazda keçirilən qəbul imtahanında iştirak etmiş 65 min abituriyentin 53 mini (80%) yay imtahanına qatılmaq üçün yenidən qeydiyyatdan keçib. APA-nın verdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, yuxarı nəticə göstərən abituriyentlər isə yay imtahanında iştirak etmək istəyir: “Yaz imtahanlarında I qrup üzrə 680-700 bal […]

Mətin Eynullayev -“Təhsil sistemində hər hansı ixtisar yoxdur”

“Hazırda təhsil sistemində hər hansı ixtisar məsələsi yoxdur”. mektebgushesi.az xəbər verir ki, bunu APA-ya təhsil nazirinin müavini Mətin Eynullayev deyib. Mətbuatda diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin ixtisarı ilə bağlı yayılan məlumatlara münasibət bildirən nazir müavini deyib ki, bütün hallarda müəllimlərin pedaqoji fəaliyyəti, onların öz vəzifələrinin öhdəsindən gəlib-gəlməməsi işəgötürən, yəni məktəb rəhbərliyi tərəfindən qiymətləndirilir və […]

Buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi 5 mart 2017-ci il tarixində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib. İmtahanda iştirak etmiş şagirdlər (39795 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) […]

UNEC kollektivi İstiqlal Muzeyində

Mayın 26-da UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəlli heyəti və tələbələr 28 May – Respublika Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyində olublar. UNEC-in nümayəndə heyətinə ilk dövlət muzeyində Azərbaycanın 99 il öncəki müstəqillik dövrünü əks etdirən tarixi faktlar və sənədlər barədə məlumat verilib. Xalq hərəkatının simvoluna çevrilən Xalq Cümhuriyyətinin ilk üçrəngli bayrağı UNEC kollektivi tərəfindən […]

ADPU-da 28 May – Respublika Günü münasibətilə  tədbir keçirilib

  Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 28 May- Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, xalqımızın, millətimizin tarixində önəmli rol oynayıb. Qeyd edib ki, […]

Jurnalistika fakültəsinin IV kurs tələbəsinin kitabı təqdim edilib  

  Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbəsi Aysel Məmmədovanın “İblislə 20 gün” adlı psixoloji dedektiv romanının təqdimatı keçirilib. Jurnalistika fakültəsinin III kurs tələbəsi Loğman Kamranlı tədbiri açaraq təqdim olunan kitab haqqında qısa məlumat verib, onun müəllifi Aysel Məmmədovanı təbrik edib. Təqdimat mərasiminin keçirilməsinə verdiyi dəstəyə görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür edən […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbəsinin “Yaz səhəri”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqi sənəti fakültəsi tələbəsinin “Yaz səhəri” adlı konserti keçirilib. Universitetdən mektebgushesi.az-a bildirilib ki, instrumental ifaçılıq kafedrasının ikinci kurs tələbəsi Elnarə Məmmədovanın müşayiəti ilə, Soltan Hacıbəyov adına musiqi kollecinin tələbələrinin ifasında Fikrət Əmirovun “Oxatanların rəqsi”, Tofıq Quliyevin “Qaytağı”, “Sevgilim,” “Zibeydə”, Həsən Rzayevin “Cahargah rapsodiyası”, Elza İbrahimovanın “Sən yadıma düşəndə”, Sevil […]

Nəsiman Yaqublu:"Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın"

Bir neçə gün bundan öncə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.  Sərəncamda bildirilib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Qeyd olunub ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin […]

DİM sədri maraqlı açıqlamalar verdi

IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verib Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Az.TV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, bəzi valideynlər övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarırlar. Onun sözlərinə görə, bu il […]

Türkiyədə universitet rektoru tutuldu

Türkiyənin Akdəniz Universitetinin rektoru İsrafil Kurtcephe Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinərək tutulub. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, keçmiş rektor Antalyada saxlanılıb. Onun yaşadığı evdə axtarış aparılıb. Məlumata görə, 57 yaşlı İ.Kurtcephe Akdəniz Universitetdə 7 il rektor işləyib. Onu səlahiyyət müddətinin bitməsinə 6 ay qalıbmiş. https://mektebgushesi.az/

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını Dövlət İmtahan Mərkəzinə göndərib

Nazirlər Kabineti bu il dövlət sifarişli yerlərin sayı və ixtisaslarını müəyyənləşdirib. Müvafiq qərar Dövlət İmtahan Mərkəzinə göndərilib. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, özəl ali məktəblərin vakant yerlərinin sayı barədə hələlik məlumat daxil olmayıb. Onun sözlərinə görə, bu il ümumi yerlərin sayında ciddi […]