Mektebgushesi

Fazil Mustafa: -"BİR DAHA DƏRSLƏRİN MÜDDƏTİ BARƏDƏ"

  Mən hər bir məsələdə əlahəzrət məntiqin necə işləməsinə çox həssaslıqla yanaşmağa meyilliyəm. Tədris həftəsinin uzadılmasının mənasızlığına qarşı çıxışımızdan sonra Təhsil Nazirliyindən səsləndirilən əsas arqument bu oldu ki, inkişaf etmiş ölkələrdə tədris həftəsi 38-40 saatdır, bizdə isə hazırda 34 saatdır. Hələ iki həftə də təhsil vaxtını uzatsaq, övladlarımız daha da savadlı olarlar. Maraqlı təklifdir, ancaq […]

MDU-da “Elmin zirvəsinə gedən yol” mövzusunda elmi-nəzəri konfrans keçirilib

  Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin “28 May – Respublika günü”nə həsr olunmuş “Elmin zirvəsinə gedən yol” mövzusunda elmi-nəzəri konfransı keçirilib. Konfransda universitetin professor-müəllim heyəti və tələbələr, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov açaraq rektor Akif Hacıyevin salamlarını tədbir iştirakçılarının […]

Kamran Əsədov-“Öz ixtisasını belə bilməyən müəllimin maaşını artırmaq məntiqsizdir”

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı xoşagəlməz məlumat yayılıb. Məlumata görə, imtahanda iştirak edən müəllimlərin əksəriyyəti 10 bal toplayıb, yəni onlar keçid balından qat-qat aşağı nəticə göstəriblər. “Növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək”. Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov jurnalistlərə […]

Təhsil Nazirliyi kurikulumun ləğv ediləcəyi barədə məlumatlara münasibət bildirib

“Azərbaycanda kurikulum sisteminin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur”. mektebgushesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. O bildirib ki, kurikulumun ləğvi haqqında danışanların müasir təhsil sistemindən kifayət qədər məlumatları yoxdur: “Kurikulum həmişə olub, bu gün var və gələcəkdə də olacaq. Kurikulumsuz təhsil olmur, çünki […]

Rumıniya universitetlərinin nümayəndələri BDU-da olub

  Birinci Azərbaycan-Rumıniya Universitet Forumu çərçivəsində Rumıniyanın İaşinin “Alexandru Ioan Cuza” Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universitetinin prorektorları – Liviu Dan Miron, İonel Mangalagiu, eyni zamanda, diplomatik müşavir Mihaela İanku Bakı Dövlət Universitetində olublar. Rektor, akademik Abel Məhərrəmovla görüşdə universitetlərarası əlaqələr, ikili proqramlar, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib. Görüş Kimya, […]

Növbəti tədris ilində dərs yükü bu şərtlərə əsasən müəyyənləşəcək

Növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək. mektebgushesi.az A24.Az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək. Onun sözlərinə görə, hər bir təhsil müəssisəsində dərs yükü keyfiyyət […]

“Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibləri müəyyən edilib

  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibi müəyyən edilib. Müsabiqənin təşkilində məqsəd Prezident İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri […]

AQRAR UNİVERSİTETDƏ MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLİB

    Azərbaycan Dövlət Aqrar universitetin İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyyat və Aqrobiznes və idarəetmə fakültələrində 1918-ci il 28 may “Respublika günü”nə  həsr olunan “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı  tədbir keçirib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.          ADAU-nun  mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözü ilə  təhsil müəssisəsinin rektoru,  […]

BDU-da Respublika Günü keçirilib və “Vaqif” pyesi təqdim edilib

  Bakı Dövlət Universitetində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 23 ay ərzində maarifçilik, səhiyyə, mədəniyyət, incəsənət, kənd təsərrüfatının inkişafı kimi strateji sahələrdə qəbul edilmiş qərarlardan danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolu və əhəmiyyətinə diqqət çəkən rektor, eyni zamanda, […]

Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi elan olunub

Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub. mektebgushesi.az-ın əldə etdiyi məlumata görə, bu barədə Trend-ə Elmin İnkişafı Fondunun mətbuat xidmətindən məlumat verilib. Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən […]

“Mizan” Tələbə Dram Dərnəyinin premyerası oldu

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub. 2017-ci ilin martında yaradılan “Mizan” Tələbə Dram Dərnəyinin (TDD) bədii rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, […]

ADNSU-da 28 May – Respublika Günü qeyd edilib

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib. Universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov hər kəsi Respublika Günü münasibətilə təbrik edib, Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Bu dövlətin cəmi 23 […]

Mayın 27-də ali məktəbə hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək

“Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 27-də Respublikanın 29 şəhər və rayonunda sınaq imtahanları keçirəcək”. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Mingəçevir, Goranboy, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, İsmayıllı, İmişli, Füzuli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz, Babək, Culfa, Şərur şəhər və […]

Əhməd Qəşəmoğlu: “Azərbaycanlı valideyn pul verir ki, uşağı saxta qiymət alsın”

Azərbaycanda valideynlərin şagirdlərin təhsilinə münasibəti heç zaman birmənalı olmayıb. Valideynlərin  şagird, yaxud universitet tələbəsi olan övladından, həmçinin,  onların müəllimlərindən etdiyi tələb bəzən, gələcəyə hesablanmır. Yəni, maksimalizmə, yüksək qiymətə və “rəngli diploma” xüsusi önəm verən valideyn, övladının gələcəyə, sərbəst həyata nə dərəcədə hazırlıqlı olub-olmadığını bilmir. Onlar övladlarından tələb etdiyi yüksək qiymətin əslində, azad qavrama, sərbəst düşüncə […]

Amerikalı professor: UNEC-dəki fəaliyyətimi həyatımda çox önəmli mərhələ hesab edirəm

  UNEC-dəki pedaqoji fəaliyyətini başa vuran tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybarla universitetin professor-müəllim heyətinin görüşü keçirilib. İnzibati və təşkilati məsələlər üzrə prorektor Şaiq Əsgərov bildirib ki, UNEC-də keyfiyyətli kadrların hazırlanmasında həyata keçirilən kompleks fəaliyyətin prioritet istiqamətindən biri də nüfuzlu və təcrübəli əcnəbi professor və müəllimlərin universitetdə tədrisə cəlb edilməsidir. Bu istiqamətdə UNEC Avropanın […]