Mektebgushesi

İDARƏÇİLİK AKADEMİYASINDA CÜMHURİYYƏT ANILDI

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə bu ali təhsil ocağının rektoru akademik Urxan Ələkbərov açıb. Dövlət himninin səslənməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan qısa film göstərilib. Müstəqilliyin böyük nemət olduğunu söyləyən akademik U.Ələkbərov Azərbaycan Respublikası Prezidenti İlham […]

Dünyada müəllimlik peşəsi nə üçün “qadınlaşır”?

Son illər Azərbaycanda müəllimliyin, pedaqoqikanın “qadın peşəsi” olması ilə bağlı təsəvvürlər möhkəmlənib.   Məktəblərdə kişi müəllimlərin sayının azalması da bu tendensiyanın möhkəmlənməsinə, xüsusən, ibtidai və orta məktəb sistemində zəif cinsin nümayəndələrinin aşkar dominantlığına səbəb olub. Buna müxtəlif səbəblər – məktəbdə əmək haqlarının az olması, müəllimliyə daha çox qadın məşğuliyyəti kimi baxılması və s. təsir göstərir. […]

LDU-nun Beynəlxalq əlaqələri genişlənir

Xəbər verdiyimiz kimi Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində keçirilən Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov da iştirak edib. Forum çərçivəsində ,  Lənkəran Dövlət Universiteti ilə Başqırdıstan Dövlət Aqrar Universiteti, Başqırdıstan Dövlət Universiteti və Puşin Dövlət […]

“Diplom haqqında arayış” elektron xidməti yenilənib (FOTO)

“Elektron hökumət” portalında Təhsil Nazirliyi tərəfindən təqdim edilən “Diplom haqqında arayış” adlı elektron xidmət yenilənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, məlumat bazasına olunan əlavələrdən sonra ali məktəb məzunları 2011-ci ildən bu günədək olan diplomları haqqında arayışı əldə edə etmək imkanı qazanıblar. Qeyd edək ki, indiyədək “Diplom haqqında arayış” elektron xidməti […]

Qəbul imtahanında az bal yığan abituriyent intihara cəhd etdi

Şəmkir sakini intihara cəhd edib.   ARB 24 xəbər verir ki, şəhərin Tatarlı kənd sakini 18 yaşlı Namiq Cahan oğlu Qasımov dərman içərək həyatına son qoymaq istəyib. Anası tez xəbər tutduğuna görə o, Tovuz rayon Qovlar Şəhərinin Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. İlkin müayinədən sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilən Namiq Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. […]

Cəsarət Valehov -Təhsil Nazirliyi tədris ilinin yenidən artırılmasını təklif edir. 

Mektebgushesi.az saytı xəbər verir ki, bu haqda nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi geniş müzakirə olunur. Halbuki, nazirlik dərs ilinin bir qədər də uzadılması haqda düşünür: Nazirlik rəsmisi xatırladıb ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris […]

Qərb Universitetində İndoneziya səfiri ilə görüş keçirilib

  Qərb Universitetinin ənənəvi “Səfir saatı” layihəsi çərçivəsində universitetdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie ilə görüş keçirilib. Əvvəlcə səfir Universitetin rektoru professor Andris Leitasla görüşüb. Səfirə təhsil ocağının fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bilidirlib ki, Qərb Universiteti daim tədris proqramlarını yeniləyir, hazırda isə infrastrukturun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi […]

İlhamə Abdullayeva-Məktəblərin böyük əksəriyyətinə şagird qəbulunda ərazi prinsipi yoxdur 

“Birinci sinfə elektron sənəd qəbulu bütün subyektiv amilləri aradan qaldırır”   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayevayanın APA-ya müsahibəsi   – Paytaxt məktəblərində birinci sinfə elektron sənəd qəbulu bir neçə aydır davam edir. Ümumiyyətlə, bu sistem hansı zərurətdən tətbiq edilir?   – Birinci sinfə elektron sənəd qəbulunun tətbiqi vətəndaşların rahatlığının təmin […]

Yayda keçiriləcək qəbul imtahanlarına 62 028 abituriyent qatılacaq

Azərbaycanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.   Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulu bu gün saat 11:00-da yekunlaşıb. İlkin məlumatlara əsasən, həmin imtahanlarda iştirak etmək üçün I-IV ixtisas qrupları üzrə 62028 […]

Bakıda I Azərbaycan-Rumıniya Universitetlərarası Forum keçirilir

Bu gün Bakıda I Azərbaycan-Rumıniya Universitetlərarası Forum öz işinə başlayıb.   mektebgushesi.az APA-ya istinadən verdiyi  xəbərinə görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Diplomatiya Akademiyasında keçirilən forumun açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşivin rəhbərlik etdiyi nümayəndə heyəti, ADA-nın prorektoru Fariz İsmayılzadə, hər iki ölkənin ali məktəb rektorları və digər […]

Akif Əlizadə- "Mətbuat Azərbaycan dilinin səlisliyinin qorunmasına fikir vermir"

“Nə televiziyalar, nə də mətbuat Azərbaycan dilinin tam səlisliyinin qorunmasına fikir verir. Biz alimlərdən soruşurlar ki, siz haradasınız”. mektebgushesi.az-ın  məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib. O bildirib ki, mültikulturalizmin elmi əsaslarını da mütləq təhlil etmək lazımdır: “Azərbaycan tarixini saxtalaşdıranlara qarşı mübarizəmiz də dönməz olmalıdır”. […]

ADMİU-da mərhum Əməkdar incəsənət xadimi, professor Aydın Dadaşovun xatirəsi anılıb.

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mərhum Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun anım günü keçirilib. Universitetin professor-müəllim, tələbə heyəti və mərhumun oğlunun iştirak etdiyi tədbirə Aydın Dadaşovun xatirəsini bir dəqiqəlik sükut ilə yad edilərək başlanılıb. Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva dəyərli ziyalı və […]

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

1993-cü ilin martında Kəlbəcərin işğalından sonra bu günədək Ermənistan silahlı qüvvələrinin  nəzarətində qalan Laçın rayonunun Qarakeçdi kəndində qeyri-qanuni olaraq Azərbaycan ərazisinə soxulmuş xarici şirkət təmir işləri aparıb. Aztehsil.com-un məlumatına görə, moderator.az bu məlumatı erməni KİV-dən əldə edib. İşğaldan sonra öncə Eznaqomer, daha sonra isə Lernahovit adlanan Qarakeçdi kəndi 1998-ci ildən ermənilərlə məskunlaşdırılmağa başlanıb. 2014-cü ildə […]

LDU Başqırdıstanda kecirilən forumunda təmsil olundu.

Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində keçirilən Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov da iştirak edib. Tədbirdə Azərbaycandan 16, Rusiyadan 34 ali məktəb iştirakçı olub. Qeyd edək ki, forumun təşkilatçıları Başqırdıstan Respublikasının hökuməti, Rusiya və Azərbaycan […]