Mektebgushesi

Təhsil sistemində böyük gizlinlər aşkara çıxır

“Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil şöbələrində idi”. Azərbaycan təhsilinə ayrılmış külli miqdarda vəsait ünvana çatmadı Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib. O bildirib ki, bu il proqram […]

Gənc alimlərin qrantlar vasitəsilə dəstəklənməsi haqqında protokol imzalanıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında protokol imzalanıb.   mektebgushesi.az-ın APA-ya istinadən verdiyi  xəbərinə görə, protokolu gənclər və idman naziri Azad Rəhimov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb. Sənədə əsasən Gənclər və İdman Nazirliyi və […]

Bakıda Azərbaycan-Rumıniya Universitet Forumu keçiriləcək

Mayın 24-25-də Bakıda I Azərbaycan-Rumıniya Universitet Forumu keçiriləcək.   mektebgushesi.az-ın APA-ya istinadən  məlumatına görə, forumda iştirak etmək üçün Bakıya gələcək nümayəndə heyətinə Rumıniya təhsil nazirinin müavini Qiqel Paraskiv rəhbərlik edəcək.   Bununla bağlı jurnalistlər üçün təqdimat keçirən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib ki, forumda Rumıniyanın 10 qabaqcıl ali təhsil müəssisələrinin rektor, prorektor və nümayəndələri […]

Rəşad Mahmudov -FETÖ ilə bağlı sirləri açır “Tələbələrimizin 50 faizini ələ keçirmişdilər”

Millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovun BakiPost.az-a müsahibə verib. mektebushesi.az müsahibəni təqdim edir.   – Rəşad doktor, müsahibəyə başlamazdan əvvəl səhər 6-7-dən əməliyyatda olduğunuzu və bir neçə cərrahiyə apardığınızı dediniz. Elə başlayaq sırf işinizdən. Ürək əməliyyatının digər əməliyyatlardan fərqi nədir? Çətinliyi nələrdən ibarətdir?   […]

Nadir İSRAFİLOV-“Başıbəlalı 1 sentyabr sindromu” yenidən gündəmə gəlib.

    Son günlər bəzi saytların hətta manşetə belə çıxardıqları “Azərbaycan təhsil sisteminə etiraz- Valideynlər ayağa qalxdı” kimi başlıqlı yazılar, “müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər” kimi statuslar və sosial şəbəkələrdəki digər paylaşmalar diqqətimi cəlb etdi. Sən demə, valideynlər təhsil müddətinə etiraz ediblər. Hətta dərs müddətinin 1 sentyabr-25 […]

ADNSU-da “GMO ərzaqları və qida təhlükəsizliyi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

  Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “İstehlakçıların maarifləndirilməsi: GMO ərzaqları və qida təhlükəsizliyi” layihəsi çərçivəsində tədbir keçirib. ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev sözügedən mövzunun qlobal əhəmiyyətini qeyd edib. İctimai Birliyin sədri Əlövsət Allahverdiyev […]

Sabah 11-ci sinif şagirdləri imtahan verəcək  

Dövlət İmtahan Mərkəzi (DİM) 23 may 2017-ci il tarixində Bakı və Sumqayıt  şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirəcək. mektebgushesi.az DİM-ə istinadən xəbər verir ki, monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra […]

ADU FUA-nın XVII Baş Assambleyasında təmsil olunub

Frankofoniya Universitet Agentliyinin assosiativ üzvü olan Azərbaycan Dillər Universiteti bu günlərdə Mərakeş şəhərində keçirilən Frankofoniya Universitet Agentliyinin (FUA) XVII Baş Assambleyasında təmsil olunub.   mektebgushesi.az Modern.az-a istinadən  xəbər verir ki, assambleyada FUA-nın yeni strategiyasının müəyyənləşdirilməsi, fransız dili üzrə ixtisas alan tələbələrin professional həyata hazırlanması, FUA-ya üzv olan universitetlərin daha da sıx əlaqəsini təmin etmək məqsədi […]

Ali məktəblərə 2-ci qəbul imtahanında iştirak üçün qeydiyyat başa çatır

Ali məktəblərə 2-ci qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən (DİM) mektebgushesi.az-a verilən məlumata görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da  iştirak etmək istədikləri halda DİM-in saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidirlər. Bu […]

Kollec tələbəsi canına qəsd etdi

Göyçay rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün günorta saatlarında Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki bina 1, ev 1 ünvanında yerləşən mənzildə qeydə alınıb. Şabran rayon sakini olan və Göyçayda yaşayan 1992-ci il təvəllüdlü Məmmədov Cəfər Mehman oğlu sirkə turşusu içərək özünü zəhərləyib. C. Məmmədov ağır vəziyyətdə təcili olaraq […]

ADMİU-da elmi-praktiki konfrans keçirilib

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyəti ilə yanaşı Türkiyə, Özbəkistandan gələn tədqiqatçılarının da iştirakı ilə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş XII beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Universitetin […]

ADNSU-da ilin ən güclü ictimai nitq spikerləri müəyyənləşib

  Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan İctimai Nitq Çempionatı” layihəsinin final, bağlanış və mükafatlandırma mərasimi baş tutub. Ən güclü 14 natiqin mübarizə apardığı tədbirdə ingilis dilində çıxış edən spikerləri profesional jüri heyəti qiymətləndirib. Layihə rəhbəri, ADNSU-nun tələbəsi Kənan Məmmədovun bu yarışın ardıcıl olaraq 4-cü dəfə təşkil edildiyini bildirib. Onun sözlərinə […]

5 tələbə bir qəzada həlak oldu – DETALLAR

Bir neçə gün öncə Bakı-Qazax yolunda baş vermiş ağır avtomobil qəzası ilə bağlı müəyyən detallar ortaya çıxıb. Həmin qəzanı təhlil edən yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bir neçə əsas məsələyə diqqət çəkib: “Sırağagün baş verən və 5 gəncin həyatına son qoyan qəzaya maraq başadüşüləndir. Bu faciə hərtərəfli təhlil edilsə, çoxlu tipik məqamlar ortaya çıxır. […]

Azərbaycanda valideynlər təhsil müddətinə etiraz ediblər

Azərbaycan təhsil sisteminə etiraz -Valideynlər ayağa qalxdı A24.Az xəbər verir ki, valideynlər dərs müddətinin 1 sentyabr-25 may arasında keçirilməsini tələb edən petisiya hazırlayıblar. Petisiyada qeyd edilir ki, əvvəllər dərslər 1 sentyabrda başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar. Dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə oturacaq? […]

Təhsil Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Azərbaycan Təhsil Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib. “Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nazirlik sərəncamın etibarsız hesab edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Üçüncü şəxs qismində “İncəsənət” MT göstərilib. Məhkəmə qərarından narazı qalan “İncəsənət” MT apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.   https://mektebgushesi.az