Mektebgushesi

150 ölkənin alimi UNEC-də toplaşıb

UNEC növbəti dəfə nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edib. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nda Azərbaycanla yanaşı Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla 150 ölkənin elm adamları iştirak edib. “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin […]

Dövlət İmtahan Mərkəzi rus bölməsi abituriyentlərinə ikinci şans verir

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” imtahanında qeyri-məqbul qiymət alan və ya iştirak etməyən abituriyentlərə müraciət ünvanlayıb. mektebgushesi.az DİM-ə istinadən xəbər verir ki, 16-31 mart tarixlərində elektron ərizələrini təsdiq etmiş, lakin 9 aprel 2017-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında  “qeyri-məqbul” qiymət alan […]

Qərb Universiteti münasib qiymət siyasətinə keçdi: təhsil haqlarını aşağı saldı

  Son vaxtlar Qərb Universitetindəki yeniliklərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Universitet genişlənir, yeni ixtisasları tədris proqramına daxil edir. Universitetin illik təhsil haqlarını aşağı salması barədə xəbər də maraqla qarşılandı. Universitetdən “Qafqazinfo.az”a bildirdilər ki, hazırda universitet infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir kampusun […]

Azərbaycan Dövlət Pedaqoji Universitetində 150 vəzifə yeri hər il yenilənəcək

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qarşısında hər il ərzində təxminən 150 vəzifənin seçkilər vasitəsilə yenilənməsi tələbi qoyulub. Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ümumilikdə bir neçə il ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji heyətinin yeni, müasir […]

BDU-da kafedra müdirliyindən çixarılan Aynur Kərimova onu kafedra müdiri görmək istəyənlər üçün açıqlama verdi

Mən yaxşıyam, narahat olmayın. Bir az səhhətimdə problem yaranıb, istirahətə ehtiyacım var. Bu sözləri jurnalistlərə açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri vəzifəsindən azad edilmiş Aynur Kərimova deyib. Aynur Kərimova dərs dediyi tələbələrin onu kafedra müdiri vəzifəsində görmək istədiyinə də münasibət bildirib: “Onlar əslində tələbəm yox, mənim həmkarlarımdır. Onların sözləri, arzuları mənim üçün […]

“Nar” tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

“Nar” özünün KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ötən il Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş “Nar” laboratoriyasının açılışını etmiş mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir. AzTU-da tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda təşkil edilən təlim “Nar”-ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyət […]

Türkiyədə iki tələbə qız əl-ələ tutub intihar etdi – VİDEO

İki tələbə qız rəfiqələri ilə birlikdə əylənmək üçün getdikləri dağdan özlərini atıblar. mektebgushesi.az “Haberler”ə istinadla bildirir ki, Türkiyənin Muğla şəhərində iki tələbə qız dostlarıyla birlikdə mənzərəyə baxmaq üçün getdikləri Masa dağında əl-ələ tutaraq intihar ediblər. Bunu görən digər tələbələr şoka düşüblər. Təxminən 3 saatlıq axtarışlardan sonra intihar edən 18 yaşlı Yonda ilə Melekin cəsədləri tapılıb. […]

BSU və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimlər Assosiasiyasının elmi-praktik konfransının açılış mərasimi olub

Mayın 19-da (МАПРЯЛ, Rusiya) birgə təşkilatçılığı və “Ruskiy mir” Fondunun qismən maliyyə dəstəyi ilə “Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri: orta və ali məktəblər üçün dərslik komplekslərinin hazırlanması təcrübəsi, problemləri və perspektivləri” adlı Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi olub. Mərasimdən öncə qonaqlar universitetin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül […]

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin II Forumunda iştirak edir. 17-19 may tarixlərində keçirilən tədbirin açılışında Başqırdıstan Respublikasının baş nazirinin müavini Salavat Sagitov və Azərbaycan Respublikası təhsil nazirinin müavini Mətin Eynullayev iştirakçıları salamlayaraq çıxış ediblər. Azərbaycan Respublikası təhsil nazirinin […]

Ali məktəb müəllimlərinin “SABAHın müəllimi” adlı I Forumu keçirilib

Bakıda Azərbaycan ali məktəb müəllimlərinin “SABAHın müəllimi” adlı I Forumu keçirilib.   APA-nın xəbərinə görə, forum Təhsil Nazirliyinin SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Microsoft” şirkəti tərəfindən birgə təşkil olunub. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi […]

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var

Azərbaycandakı ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalanıb. Belə ki, təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələr keçiriləcək. Əmrdə bildirilib ki, 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul […]

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Təhsil naziri Mikayıl Cabbarov 15-17 may 2017-ci il tarixlərində ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub. Mayın 16-da  keçirilən  tədbirdə Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz, Səudiyyə Ərəbistanının Kral ailəsindən Şahzadə Türki əl-Feysal və Mərkəzin direktoru Fərhan Nizami […]

Nazir müavini: “Son illər müəllimlik ixtisasına maraq artıb”

“Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq.” APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illər ölkədə müəllimlik ixtisasına maraq artıb. Onun sözlərinə görə, 2015 və 2016-cı illərdə 1000-dən çox məzun 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib: “Ölkədə test imtahanı tətbiq olunandan həmin dövrə qədər belə yüksək göstərici […]

ADPU-nun Şamaxı Filialında III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçirildi

  Bir çox tədbirlərə ev sahibliyi etmiş  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının tarixinə daha bir əlamətdar  simpoziumun keçirilməsi yazıldı. 17-18 may 2017-ci ildə ADPU və onun Şamaxı Filialının,  Türkiyə Cumhuriyyəti Amasiya Universitetinin, Amasiya Azərbaycan Türkləri Kültür Sanat və  Dayanışma Dərnəyinin və Miras Mədəni İrsin Öyrənilməsinə  Kömək İctimai Birliyinin birgə təşkil etdiyi  III Beynəlxalq […]

Ali məktəblər təhsil haqlarını endirdi – VİDEO

Bəzi özəl ali məktəblər təhsil haqlarını endirdi. mektebgushesi.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, universitetdən asılı olaraq təhsil haqları 20, 30, hətta 50 faizə qədər endirilib. Özəl universitetlər təhsil haqlarının aşağı salınmasını bir sıra səbəblərlə izzah edirlər. Təhsil haqlarını 30 faiz aşağı salan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin sözlərinə görə, bunun başlıca səbəbi valyutanın […]