Mektebgushesi

Bəzi məktəblər müəllimləri işə müsabiqədənkənar qəbul edəcək

Azərbaycanda bəzi ümumtəhsil müəssisələrinə müəllimlərini işə müsabiqədənkənar qəbul etmək hüququ verilib. mektebgushesi.az Trend-ə istinadən  məlumat verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə deyib. E.Bağırov qeyd edib ki, həmin müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədirlər. Onun sözlərinə görə, həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək […]

Mikayıl Cabbaro: "İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək"

Təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Nazirlikdən verilən xəbərə görə, əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir. Ali və orta ixtisas təhsili müəssisələrinin […]

Qubada  müəllim və şagirdlər məktəbə gedə bilmir – FOTOLAR

   Quba rayonunun Küsnət və Küsnətqazma kəndlərini birləşdirən yeganə piyada keçidi olan Qudyalçayın üzərindəki taxta körpünü sel dağıdıb. “Report”un Şimal bürosu xəbər verir ki, mayın 11-də yağan güclü leysan yağışı nəticəsində yaranan sel kəndlər arasında gediş-gəlişi kəsib. Geniş turizm potensialı olan Qubanın Küsnət və Küsnətqazma kəndləri rayon mərkəzindən 15 km uzaqlıqda yerləşir. Uzun illərdir burada […]

Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub mektebgushesi.az-ın əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib. Qeyd edək ki,  31 yaşlı prorektor “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə […]

Azərbaycan Dövlət Pedaqoji Universitetində Yeni təyinat

Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət  Valehovun sosial şəbəkədəki şəxsi səhifəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”çərçivəsində B.Britaniyanın Liverpul Universitetindən məzun olmuş Ümid Mehdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinə prorektor təyin olunmasi haqqinda məlumat yayılmişdır.   https://mektebgushesi.az

Müəllimlərin yerdəyişməsi Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək

“Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil şöbələrində idi”. mektebgushesi.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib. O bildirib ki, bu il proqram təminatı yenidən təmin ediləcək: “Bəzi yerlərdə vakant müəllim […]

Rumıniya səfiri Dan İanku Bakı Dövlət Universitetində olub  

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib.   BDU-nun dünyanın bir çox aparıcı universitetləri, o cümlədən,  Rumıniya ali təhsil ocaqları ilə uğurlu əlaqələrindən bəhs edən rektor əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını bildirib. Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir Dan İanku bunun üçün BDU-da çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkünlüyünü söyləyib. Görüşdə bu […]

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsinə aydınıq gətirdi

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı tətbiq olunacaq yeniliklərin detallarını açıqlayıb. mektebgushesi.az- ın xəbərinə görə, nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, əgər müəllim test imtahanından sonra müvafiq keçid balı toplayıb işlə təmin olunmursa, imtahandakı toplanan bal bir il qüvvədə saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq. O […]

Böyük Britaniyada çalışan alim  Qərib Mürşüdov 

 Böyük Britaniyanın Kembric şəhərində yerləşən Molekulyar Biologiya Laboratoriyası (MBL) Tədqiqat İnstitutunun Hesablama Kristalloqrafiyası qrupunun rəhbəri Qərib Mürşüdov kimdir ? “Niyyətin hara, mənzilin ora” Qərib müəllimin həyat hekayətini vərəqləməyə başlayanda ilk yada düşən bu atalar sözü oldu. Çünki “Necə oldu ki,  Böyük Britaniyaya getdiniz” sualını verəndə onun cavabı belə oldu: “Mən həmişə Böyük Britaniyada işləmək fikri […]

ADMİU-nun professor-müəllim və tələbə heyəti “Muzey könüllüləri” adlı seminarda

  18 may Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının birgə layihəsi olan “Muzey könüllüləri” adlı seminar keçirilib. Tədbirdə Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova, fond müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova, Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova, dosent Elfira Məlikova, müəllim […]

Firudin Cəlilovdan ittihamlara cavab: “Qafqaz Universiteti bizdən əvvəl fəaliyyət göstərirdi”

Keçmiş təhsil naziri Firudin Cəlilov Azərbaycanda nurçu məktəblərinin və Qafqaz Universitetinin onun vəzifədə olduğu dönəmdə yaradılması haqda iddialara sərt münasibət bildirib. mektebgushesi.az Yeniçağ.Az istinadən xəbər verir ki, özünün “Facebook” səhifəsində bu ittihamları cavablandıran sabiq nazir onu hədəfə götürənləri antimilli fəaliyyətdə günahlandırıb: “Son bir ildə kənddə idim, internet bağlantım olmadığından sosial şəbəkələrdə, FB-də yazılan, müzakirə olunan məsələlərdən […]

Əjdər Ağayev: "Kurrikulum əsasında yaranmış dərsliklərin hamısı anlaşılmazdır”

Azərbaycan təhsilində kurrikulum sisteminin ləğvi gündəmə gəlib. Belə ki, 2018-ci ilə qədər şagirdlərin kurrikulumla təhsil almayacağı, bu sistemin konkret olaraq ləğv olunacağına dair məlumatlar yayılıb. Məlumata görə, bu sistem təhsil sahəsində özünü tam olaraq doğrultmayıb. Kurrikulumun ləğvi məsələsinə gəlincə, buna əsas verən ciddi səbəblər başqadır. Bu dəfəki IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi ciddi […]

Məktəblərdə sosial məzuniyyətə çıxanların dərs yükü vakansiyaya çıxarılmayacaq

Azərbaycanda orta məktəblərdə sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda öz əksini tapıb. Qaydalara əsasən, sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır […]

ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) İctimai Nəzarət Şurasının üzvləri bütün fakültələr üzrə I-III kurslarda təhsil alan tələbələrlə görüşlərə başlayıb. ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, görüşlərdə imtahan hazırlığı, Bolonya sisteminin tətbiqi, tələbələrin sosial həyatı, təhsil islahatları, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülər, universitetdaxili nizam-intizam və s. mövzular ətrafında müzakirələr aparılıb. İnteraktiv şəkildə keçirilən görüşlərdə […]

Təhsil haqqında ən maraqlı faktlar

Bir çoxları Cambridge və yaxud Sorbonne kimi ali təhsil müəssisələrinin dünyanın ən qədim təhsil ocaqları olduğunu düşünür. Lakin bu belə deyil. Ən qədim təhsil müəssisəsi tituluna bizim eradan əvvəl 859-cu ildə Mərakeşin Fes şəhərində əsası qoyulmuş Karauin Müsəlman universiteti sahibdir. Necə düşünürsünüz, ən çox şagird sayına malik olan məktəb harada yerləşir? Cavabınız Hindistandırsa haqlısınız. 2003-cü […]