Bu il keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri də, Türkiyə Diyanət Vəqfi – Baki Türk Liseyinin şagirdi Xaqan İsimxan oğlu Kərimovdur. O, I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 695 bal toplayıb.
mektebgushesi.az metbuat.az-ın 695 bal toplayan abituriyentlə olan müsahibəni təqdim edir:
– İmtahanda 695 bal toplamısan. Maraqlıdır, yazdığın bir səhv sual hansı fəndən olub?
– İngilis dilindən mexaniki bir sualı səhv yazdım. Diqqətdimdən yayındığı üçün belə oldu.
– Sınaq imtahanlarında nəticələrin necə idi? 695 bal yığmağın səni təəccübləndirmədi ki?
– Sınaqlarda heç zaman imtahanda olduğu qədər yüksək nəticə göstərməmişəm. Sadəcə, imtahana son iki ay qala qarşıma məqsəd qoydum ki, qəbulda yüksək bal toplayacağam. Çalışdım və bu balı topladım.
– Təhsil ailədənmi başlayır?
– Bu fikirlə tam razıyam. Çünki böyük bacım fizika-riyaziyyat elmlər namizədidir, qardaşım kimya elmlər doktorudur. Valideynlərim də İqtisad Universitetini bitiriblər.
– Deyirlər ki, imtahana az bir müddət qala oxumaq doğru deyil. Səndə necə olub bəs?

– Məncə, bu fikir doğru deyil. Çünki imtahana bir gün qalmış mən ingilis dili lüğətindən bir söz öyrəndim. Səhəri günü imtahanda öyrəndiyim həmin sözdən iki sual düşmüşdü. Yəni, mən o sözü öyrənməsəydim, iki sualı səhv yazacaqdım.
– Yüksək bal toplamağln sirri səncə nədədir?
– Məncə, hər şeydən qabaq, müəllimlərin şagirdlər üzərində əməyi böyükdür. Amma şagirdin özündən də çox şey asılıdır. Çünki müəllimlər dərsi bütün şagirdlərə keçirlər. Universitetə daxil olmaq, şagirdin qarşısına qoyduğu məqsədin yalnızca bir hissəsi ola bilər.
– İndiki məqamda ən böyük hədəfinin nə olduğunu bilmək istəyərdik.
– Mən mühəndis olmaq istəsəm də, hər zaman arzu etmişəm ki, elm tarixində yadda qalım. Buna görə də, fizika sahəsi üzrə ixtisaslaşmaq istəyərdim.
 
https://mektebgushesi.az
Videonu izləmək üçün şəklə klikləyin:
​

Bənzər yazılar