Mektebgushesi

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ RUSİYA VƏ UKRAİNA İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİR

Gəncə – MDB-nin mədəniyyət paytaxtı-2017 layihəsi çərçivəsində Rusiyanın Voronej Dövlət Universitetinin professoru Aleksandr Zavrajnov və Ukraynanın Kiyev Politexnik Universitetinin professoru, Ukrayna Milli Elmlər Akademiyası Materialşünaslıq İnstitutunun şöbə müdiri  Marina Bulanova Gəncə Dövlət Universitetinin ziyarət ediblər. Qonaqlarla görüşdə universitetin rektoru, professor, Yusif Yusibov beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər və perspektivlər, Rusiya və Ukrayna ali məktəbləri […]

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırılıb

Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişikliklər edib.   APA-nın məlumatına görə, indiyə qədər dəyişikliyə əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas […]

Nazir: “Peşə təhsili sistemində həllini gözləyən problemlər və çətinliklər mövcuddur”

“Son illər obyektiv səbəblərə görə ölkənin peşə təhsili sistemində bir sıra həllini gözləyən problemlər və çətinliklər mövcuddur”. APA-nın xəbərinə görə, təhsil naziriMikayıl Cabbarov Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılışında bildirib ki, bura ilk olaraq maddi-texniki baza ilə bağlı məsələləri aid etmək olar. Nazirin  sözlərinə görə, peşə təhsili müəssisələrində qaçqın və məcburi köçkün […]

Qızılgül Abbasova-“Uşağın anası və ya atası ilə birgə iş yerinə getməsi pis hal deyil”

“Əgər uşaq valideyninə kömək edirsə, hətta lap yaxşı haldır. Burada pis bir şey yoxdur” Ötən gün səhər saatlarında məktəbli qız anası ilə birlikdə paytaxtın küçələrini təmizləyib. Bu görüntünü izləyicilərdən biri telefonunun yaddaşına köçürüb. Həmin video və fotogörüntüləri “Bizim Yol”a göndərən izləyicinin dediklərinə görə, azyaşlı qız “Nizami” Kino Mərkəzinin yanında, daha dəqiq Bəşir Səfəroğlu küçəsi ilə […]

Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq

  Növbəti tədris ilindən etibarən Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq. Yeni yaradılmış Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsində aparılacaq kadr hazırlığında tələbələr biosferin müasir vəziyyətini və qlobal ekoloji problemləri, ətraf mühitə insanın təsərrüfat fəaliyyətinin təsirinin xüsusiyyətlərini öyrənəcək, həmçinin müxtəlif koordinat sistemləri və geodeziya istinad şəbəkələri, topoqrafik xəritələrin bölünməsi haqqında […]

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binasının açılışı olub

Mayın 12-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun artmasından danışıb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində […]

BDU-nun Jurnalistika fakültəsində yeni dekan

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dekan vəzifəsi Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğluna həvalə edilib. Məlumatı Teleqraf.com-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da təsdiqləyib. Fakültənin dekan müavini Könül Niftəliyeva bildirib ki, əvvəlki dekan əvəzi Cahangir Məmmədli ictimai işlərinin çoxluğu səbəbi ilə vəzifəsindən imtina edib. Onun sözlərinə görə, fakültədə dekan seçkiləri bu ilin oktyabrında keçiriləcək. […]

Polşa səfiri Bakı Ali Neft Məktəbində olub

Polşanın Azərbaycandakı səfiri Marek Tsalka Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüşüb. Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfirə BANM-in yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb: […]

UNEC-in tələbə və müəllimləri beynəlxalq mübadilə proqramlarında

UNEC 2016/17-ci tədris ilində Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində Avropanın 12, Türkiyə Respublikası Hökumətinin maliyyələşdirdiyi “Mevlana” proqramı üzrə isə qardaş ölkənin 40-dan universiteti ilə tələbə və müəllim mübadiləsi imkanları təklif edir. Son dörd ildə UNEC-də təqdim olunan beynəlxalq mübadilə proqramlarında iştirak hüququ qazanan tələbələrin sayı 6 dəfəyə yaxın, müəllimlərin sayı isə 4 dəfədən çox […]

Repetitor yanına getmədən 700 bal toplamaq olar? – Əla nəticə göstərmiş abituriyentlərin CAVABLARI

Ali məktəblərə builki qəbul imtahanlarının birinci mərhələsində iştirak edən 10 nəfər abituriyent ən yüksək nəticə göstərib. Dövlət İmtahan Mərkəzinin  (DİM)  məlumata görə, aprelin 30-da keçirilən imtahanda  II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə […]

Müəllimə harda ölüb, imtahanda, yoxsa dərsdə? – Açıqlama

Xəbər verdiyimiz kimi, Qax rayonunda 51 yaşlı müəllimə Gülxar Qazıyeva insultdan vəfat edib. Əvvəlcə müəllimənin dərs zamanı halı pisləşdiyi bildirilsə də, sonrada mediada diaqnostik qiymətləndirilmə imtahanında həyəcandan vəziyyətinin dəyişdiyi barədə xəbər yayılıb.  “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Qax rayon Təhsil Şöbəsi İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Günay Mahmudova ilə əlaqə saxlayıb. G. Mahmudova bildirib ki, müəllimə […]

 AQRAR UNİVERSİTETDƏ YENİ LABORATORİYA AÇILIB

     Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq fakültəsində torpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat  laboratoriyası fəaliyyətə başlayıb.         ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, dövlətin aqrar sahəyə göstərdiyi  qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya  laboratoriyaları  açılıb. Bu laboratoriyalardan biri də ADAU-nun aqronomluq fakültəsinin  torpaqşünaslıq və aqrokimya kafedrasında qurulub. Həmin […]

Müəllimə dərs zamanı öldü – QAXDA

  Bu gün səhər saatlarında Qax rayon Turaclı kənd tam orta məktəbində ölüm hadisəsi baş verib. Qax Rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, məktəbdə riyaziyyat müəlliməsi işləyən 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın dərs zamanı halı qəfildən pisləşib. Onu dərhal “Təcili Tibbi yardım” maşını ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə […]

Məktəb rəhbərləri üçün təlim kursu keçirilir

Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Məktəb idarəçiliyi proqramı” adlı təlim kursu keçirilir. Təlim kursunun əsas məqsədi məktəb direktorlarına qabaqcıl təhsil sistemi və effektiv məktəb idarəetməsi haqqında məlumat vermək, onların liderlik potensialını inkişaf etdirməkdir. Təlim kursu xüsusi dəvət olunmuş Sinqapurun Milli Təhsil İnstitutunun […]

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitovanın təşəbbüsü, həmin kafedranın müəllimi Pərvin Mürsəlovanın təşkilatçılığı ilə “Dünyanı sülhə və məhəbbətə çağırış” adlı tədbir keçirilib.   Modern.az xəbər verir ki, “Barış, sülh və əmin-amanlıq” mövzusunda keçirilən tədbiri Filologiya və jurnalistika fakültəsinin 333 a və b qrup tələbələri ingilis dilində […]