Mektebgushesi

Veysəloğlu şirkətlər qurupu Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

Bakı Mühəndislik Universiteti (BMU) universitet –iş dünyası əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Universitet yarandığı qısa müddət ərzində 20-dək şirkətlə əlaqə qurub, əməkdaşlıq edir. Mütəxəsis hazırlığında nəzəri biliklərlə yanaşı təcrübəvi biliklərin də xüsusi əhəmiyyəti var.   Ölkəmizdə tanınmış, dünyanın 20-dən artıq ölkəsindən 100-dən çox fabrikindən məhsul idxal edən, eyni zamanda istehsal sahələri ilə məşğul olan və […]

Kamran Əsədov -"DİM nazirliyin dərs proqramına qarşı…"

Bu ilki ali məktəblərə qəbul imtahanlarındakı yeniliklərdən biri imtahanların tədris ili bitməmiş, yəni 11-ci sinif proqramı tam mənimsənilməmiş keçirilməsi oldu. Sözügedən məqam təhsil ekspertlərinin diqqətini çəksə də, onlar keçirilməmiş dərs proqramlarının test suallarına daxil edilməyəciyini düşünürdülər. Lakin Dövlət İmtahan Mərkəzi analoqu olmayan “yeniliyə” imza atmaqla abituriyentlərin əslində universitetlərə yalnız repetitor hesabına qəbul olunduğunu təsdiqləmiş oldu. […]

Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun və şagird yataqxanasının əsaslı təmirdən sonra açılış mərasimi olub.   Gəncə şəhər İcra Hakimiyyətindən (ŞİH) APA-ya bildirilib ki, ŞİH başçısı Elmar Vəliyev tədbirdə çıxış edərək, müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin ölkəsi üçün gördüyü işlərdən danışıb. Elmar Vəliyev bu il üçün MDB-nin mədəniyyət […]

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru BDU-da olub

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor Ramil Baxtizinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.   BDU Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonağa BDU haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, təmsil olunduğu assosiasiya və birliklərdəki fəaliyyətindən danışıb.   R. Baxtizin isə təmsil etdiyi universitetdən bəhs edib, BDU ilə əməkdaşlığın […]

15 dəqiqəyə 300 səhifəlik kitabı oxuyan azərbaycanlı qız VİDEO

Sürətli oxuma üzrə rekord qıran azərbaycanlı qız 14 yaşlı Fatimə Zülfüqarlı 1 dəqiqədə 102 min söz oxuyur. Özünün dediyi kimi bu, dünya rekordudur. Fatimə sürətli oxumanı Bakıda fəliyyət göstərən “Genius school”da öyrənib. O, təxminən 300 səhifəlik kitabı 15 dəqiqəyə oxuyur. İstənilən kitabı sürətli oxuyur və mətnin 80 faizini danışır.   https://mektebgushesi.az

ADNSU və UFAZ nümayəndələri Bakı məktəblərində şagirdlərlə görüşüblər

  Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri ADNSU və Fransa-Azərbaycan Universitetinin (UFAZ) tanıtımı çərçivəsində Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəb, Bakı şəhəri 2 nömrəli Texniki Humanitar Lisey və Bakı şəhəri 189-190 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüblər. Görüşlərdə UFAZ-ın direktoru Vazeh Əsgərov, Energetika fakültəsinin […]

Azərbaycan universitetlərinin nümayəndə heyəti ABŞ-da səfərdədir

Azərbaycan universitetlərinin nümayəndə heyəti aprelin 29-dan ABŞ-da səfərdə olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə AzMİU-nun, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki universitetlərinin müəllimləri daxildirlər. AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətini ABŞ-ın Dövlət Departamentinin məsul şəxsləri qarşılayıblar. Səfərin ilk günü Dövlət Departamentində […]

Qərb Universitetindən daha bir yenilik: tələbə imtahan formasını özü seçəcək

  Daim innovativ yenilikləri, tədrisin keyfiyyətinin artırılması istiqamətində unikal layihələri ilə seçilən Qərb Universiteti daha bir yenilik edib. Belə ki, bu təhsil ocağında təhsil alan tələbələr bundan sonra imtahan modelini özü müəyyən edə biləcək. Dəyişikliyə əsasən tələbələr semester boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək […]

LDU-da musiqili flaşmob

  Lənkəran Dövlət Universitetində təhsil alan tələbə gənclər Azərbaycan xalqının umummilli lideri H.Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar maraqlı aksiyaya imza atıblar. Bu gün tələbələr açıq havada musiqili flaşmob təşkil ediblər. Tələbələrin həvəslə qatıldığı musiqili flaşmobda Azərbaycan və dünya xalqlarının milli rəqsləri, populyar musiqi nömrələri ifa edilib. Flaşmob Azərbaycan himninin sədaları altında canlı olaraq […]

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Təhsil Nazirliyinin və Community.az portalının dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə növbəti dəfə start verilib. Layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Keçid dövründə yeniyetmə  psixologiyası”  adlı aktual mövzu üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Cari ildə keçirilən təlimlərdə 1000-dən […]

SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlanıb

SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlanıb. Şirkətdən AZƏRTAC-a bildirilib ki, Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər www.socar.az/tehsil veb səhifəsinin “Yay Təcrübəsi” bölməsində müsabiqənin şərtləri və sualları ilə ətraflı tanış olduqdan sonra […]

Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

Bakı Ali Neft Məktəbində (BANM) yay imtahan sessiyası davam edir. Neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarının bakalavrları Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə onlar üçün imtahanlar həmin universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınmaqla eyni saatda aparılır. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan […]

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru ADNSU-da olub

  Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru Ramil Baxtizinlə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Qonağı universitetdə görməkdən məmun olduğunu bildirən ADNSU-nun rektoru, professor M.Babanlı bir vaxtlar aspirant kimi elmi fəaliyyətlə məşğul olduğu universitet üçün R.Baxtizin […]

ADMİU-nun dosenti Beynəlxalq tədbirdə iştirak edəcək

  26-31 may 2017-ci il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru kafedrasının müdiri, dosent, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Moskvada keçiriləcək Beynəlxalq resjissor laboratoriyasında iştirak edəcək. M.Qorki adına Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, Xalq artisti, RF-in Teatr Xadimləri İttifaqının katibi Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutacaq laboratoriyanın bu dəfəki mövzusu “A.P.Çexovun […]

Tam orta təhsili başa vura bilməyənlər üçün eksternat imtahan keçiriləcək

Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura  bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat imtahanları keçiriləcək.   Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək idarədə aparılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak etmək üçün 412 ərizə qeydiyyata alınıb.   Eksternat […]