Mektebgushesi

Cocuq Mərcanlıdan olan abituriyent 700 bal toplayıb – VİDEO

Mahirə Əsədzadə  162 saylı orta məktəbin məzunları sırasında 700 bal toplamış ilk abituriyentidir. O,  əslən Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndindəndir.  Mahirənin sözlərinə görə, bu göstərici  onun üçün üçqat qürürvericidir.   APA TV-nin məlumatına görə, Mahirə bu yüksək nəticəni I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında toplayıb. İmtahan zamanı həyəcanlı  olduğunu, daha sonra həyəcanına qalib gəldiyini […]

Təhsil işçiləri qanvermə aksiyasında iştirak ediblər

8 may – Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib. Aksiyada Təhsil Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları, müəllimlər iştirak ediblər. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qanvermə aksiyası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində həyata […]

Distant təhsil üzrə texnoloji platforma hazırlanır

Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus plüş” layihəsi üzrə İtaliyanın Uninetuno Telematuka Universiteti ilə layihənin Azərbaycandan olan tərəfdaş ali təhsil ocaqları arasında skayp konfrans keçirilib. AzTU-dan AZƏRTAC-a bildiriblər ki, “Erasmus plüş” layihəsinin ölkəmizdə olan tərəfdaş universitetləri- Azərbaycan Texniki Universiteti (layihənin regional əlaqələndiricisi), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Turizm və Menecment Universitetinin hər birindən iki titor və […]

Cəlilabadda daş salnamə aşkar edilib

Cəlilabad rayonunda daş salnamə aşkar edilib. Tarixçi Elşad Əmənovun “Report”un Aran bürosuna verdiyi məlumata görə, salnamənin üzərində 14 hərf-işarə var. Yazı qrafiki Mingəçevirdə, Şimali Qafqazda, Altay ərazisində, Urmiya və Ön Asiyada tapılmış yazı nümunələrinə çox oxşardır. Yazılı daşın bir üzünə baxış keçirilsə də, digər üzü torpağa bitişik olduğundan tədqiq etmək mümkün olmayıb. Tarixçinin sözlərinə görə, bu […]

Müəllim işləyən arvadını öldürən şəxs məhkəməyə müraciət edib

Bakıda həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Namiq Əkbərzadə barəsində olan hökmdən apellyasiya şikayəti verib. “Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 11-nə təyin edilib. İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə […]

AMEA-nın ilk magistrantları ilə görüş

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində akademiyanın magistratura pilləsinin ilk məzunları ilə görüş keçirilib. Bu qurumun prezidenti, akademik Akif Əlizadə görüşün tarixi əhəmiyyətini vurğulayıb, akademiyanın ilk magistrantı adını qazanan gəncləri təbrik edib. Qeyd edilib ki, bu gənclərin AMEA-nın elmi təcrübəsindən yararlanaraq aldıqları təhsil onların peşəkar mütəxəssis kimi yetişmələrində və gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində […]

ADU-da “İrəvan-2018” Hərəkatının təqdimat mərasimi keçirilib

Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyi universitetin müəllim və tələbələri ilə müzakirə xarakterli görüş keçirib. Tələbələrə “İrəvan-2018” Hərəkatı haqqında ətraflı məlumat vermək məqsədi daşıyan görüşdə İctimai Birliyin sədri Zaur Qəriboğlu birliyin fəaliyyət istiqamətləri, eyni zamanda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, […]

Kamran Əsədov-"Şagirdlərin döyülməsi hansı fəsadlara səbəb ola bilər?"-VİDEO

“Hal-hazırda Azərbaycanda Təhsil Nazirliyinə tabe olan 4481 orta ümumtəhsil məktəblərində 151 min müəllim 1,6 milyon şagirdə dərs deyir. Bu da ölkə əhalisinin böyük hissəsini əhatə etdiyinə görə müəllim-şagird münasibətlərində zaman-zaman xoşagəlməz hallara rast gəlinir”. Son vaxtlar məktəblərdə şagirdlərin şiddətə məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. Bu və başqa baş verən neqativ hallarla  bağlı […]

Təhsil müəssisələrinin texniki pasportları hazırlanacaq

Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin texniki pasportlarının hazırlanması barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrə əsasən, Təhsil Nazirliyinə tabe olan təhsil müəssisələrinin torpaq sahələri və digər daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpa edilməsi və ya yenidən alınması işinin təşkili məqsədi ilə işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri vəzifəsinə nazirin müaviri Abdulla […]