Britaniyanın Çeşir qraflığında yaşayan Hindistan əsilli 12 yaşlı Racqauri Pavar “İQ” yoxlanması (intellekt göstəricisi ) zamanı 162 bal toplayaraq Albert Enşteyn və Stiven Hokinqin göstəricilərini üstələyib.
“Report” xəbər verir ki, bunu “The Independent” qəzeti yazıb.
İnformasiyaya görə, yoxlama Mançestrdə keçirilib. Racqauri Pavar adlı qızın göstəricisi 18 yaşadək olanlar arasında maksimum sayılır.
Nəticələr açıqlanandan sonra ona Britaniyanın yüksək intellektli insanların “Mens” Cəmiyyətinə üzvlük təklif edilib.
Qeyd edək ki, dahilər üçün “İQ” 140 bənddir. Albert Enşteyn və Stiven Hokinq 160 bal toplayıblar.
 
https://mektebgushesi.az

Bənzər yazılar