Mektebgushesi

Nadir İsrafilov -“Pioner” sözündən “qıcıqlanıb” uşaqlarımızı yay-istirahət düşərgələrindən məhrum etdik

  Dərs ili başa çatmaq üzrədir. Şagirdlər uzun müddətli yay tətilinə çıxacaq. İl boyu davam edən gərgin tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var. mektebgushesi.az sayti bu gün üçün vacib olan problemlə bağlı təhsil üzrə taninmış ekspert Nadir İsrafilovun fikirini təqdim edir . Uşaqlar bu müddətdə […]

DİM: I və IV ixtisas qruplarının imtahanında qaydaları pozan abituriyentlər xaric olunublar

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə DİM-in internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.   DİM-dən APA-ya verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, […]

ADAU-ya birinci yerin diplomu təqdim olundu

  Təhsil ocaqlarının inkişafı paytaxt sərhədlərini adlayır Məktəbgushesi.az internet portalının kollektivi ümumilikdə ölkənin 31 ali təhsil ocağını əhatə edən virtual sorğularının izi ilə Azərbaycanın qədim şəhəri, tarixi və müasir elm, mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərinə səfər ediblər. Məlumat üçün bildirək ki, sorğuda 2684 respondent iştirak edib. Sorğuda qalib gəlmək və ya ilk yerləri bölüşmək üçün […]

İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? – Rəsmi cavab

Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunlar məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək: “Dərslər normal qaydada davam etdiriləcək. Oyunların keçirilməsi paytaxtdakı, o cümlədən şəhərin mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsir göstərməyəcək”. Qeyd efək ki, IV […]

Nigeriyada 82 məktəbli qız terrorçulardan azad edilib

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında “Boko haram” terror təşkilatı tərəfindən Çibok şəhər liseyindən oğurlanmış ən azı 82 məktəbli qız azad olunub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. “Bəli, 82 qız azad olunub”, – deyə agentlik ölkə hökumətindəki mənbənin sözlərini sitat gətirib. Nigeriya Prezident Administrasiyasının məlumatına görə, məktəblilər bu qruplaşmadan […]

LDU-da “Təbiət və Humanitar elm sahələrinin inkişaf problemləri” mövzusunda Respublika Elmi Konfransı kecirilib

05-06 may 2017-ci il tarixində Lənkəran Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və Humanitar elm sahələrinin inkişaf problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Açılışdan əvvəl konfrans iştirakçıları Lənkəran şəhərinin Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoymuşlar. Elmi Konfransın açılışı Lənkəran Şəhər […]

Əjdər Ağayev-İnnovasiya və iqtisadi artım mərkəzlərinə transformasiya

İnnovasiya və iqtisadi artım mərkəzlərinə transformasiya bilik iqtisadiyyatının mövcudluğundan irəli gələn məsələdirAli təhsil müəssisəsini xarakterizə edən əsas amillərdən biri də məhz budur. İnkişaf etmiş ölkələrin çoxunda ali təhsil xidmətləri göstərmək həmin ali məktəbin maliyyə imkanlarının genişlənməsinə səbəb olur. Ümumiyyətlə, müasir dövrdə sabit maliyyə resurslarının olması universitetlərin davamlı inkişafını təmin edən ən vacib amillərdəndir. Ölkəmizdə ali […]

Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı – ən çox azərbaycanlılardır

2016-2017-ci təhsil ilində Türkiyədəki universitetlərdə oxuyan xarici tələbələrin sayı 103 min 727 nəfər təşkil edir. Modern.az sytı Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda bu ölkədə təhsil alan əcnəbi tələbələr arasında sayına görə birinci yerədə azərbaycanlılar gəlir – 15036 nəfər. Sonrakı yerlərdə suriyalı (14765 nəfər),  türkmənistanlı (10642)  tələbələr yer alıb. https://mektebgushesi.az

Məktəb avtobusu dərəyə yuvarlandı: 34 ölü

Tanzaniyada ibtidai sinif şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq, ağaca çırpılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qəza Karatu rayonunda qeydə alınıb. Məlumata görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.   https://mektebgushesi.az

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.   mektebgushesi.az xəbər verir ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılır. İmtahanların idarə olunmasına 206 imtahan […]