Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, finalda olimpiadanın məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinifləri üzrə uğur qazanan 2041 şagird iştirak edib.
İlk turda olduğu kimi, final mərhələsində də şagirdlərə 30 test sualı təqdim olunub.
Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növləri qiymətləndirilir.
Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə maraqlarını artırmaqdır.
https://mektebgushesi.az

Bənzər yazılar