Mektebgushesi

Bolqarıstanın vitse-prezidenti İliana İotova Bakı Slavyan Universitetində

Mayın 6-da Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana İotova Bakı Slavyan Universitetində (BSU) olub. BSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq əlaqələrindən danışıb. Vurğulanıb ki, bu münasibətlər tarixin sınaqlarından uğurla keçib. Rektor Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir […]

BDU ilə Misir universitetləri arasında elmi-tədqiqat işləri genişlənir

Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan, Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi ilə mayın 6-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ilə görüşüb. BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik A.Məhərrəmov rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib, onun […]

Mayın 6-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının final mərhələsi keçirilib.

  Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, finalda olimpiadanın məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinifləri üzrə uğur qazanan 2041 şagird iştirak edib. İlk turda olduğu kimi, final mərhələsində də şagirdlərə 30 test sualı təqdim olunub. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək […]

GDU TƏRƏFİNDƏN TƏŞKİL OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS

  04-05 may 2017-ci il tarixlərində Gəncə DövlətUniversiteti tərəfindən “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda keçirilən  beynəlxalq elmikonfransda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Fransavə İspaniyadan olan 150 nümayəndə iştirak etmişdir. İştirakçılar konfrans başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra beynəlxalq elmi konfrans başladı. Konfransda ilk olaraq Gəncə şəhərinin mədəni həyatını […]

İğdır Universitetinin rektoru ADAU-nu ziyarət edib

       Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı ADAU-da olub. Qonağı səmimi salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr, İğdır Universiteti ilə əlaqələrin genişləndirilməsinin zəruriliyi barədə danışıb. Universitetin tədris korpusları, maddi-texniki bazası ilə yaxından tanış olan Mehmet Hakkı Alma aparılmış işləri yüksək qiymətləndirib, mütəxəssis hazırlığının […]

Təhsil təkcə təlimdən ibarət deyil… Bu prosesə tərbiyə işi də daxildir, təhsil alanların asudə vaxtının təşkili də.

Təhsil üzrə tanınmış ekspert Nadir İsrafilov təhsilimizin bu günü və problemləri barədə fikirlərini mektebgushesi.az -la bölüşüb. O qədər də uzaq olmayan bir vaxtlar məktəb təhsili dedikdə, ilk ağlımıza gələn “təlim-tərbiyə prosesinin təşkili” məfhumu olardı. Yəni, təlimi tərbiyə işi olmadan təsəvvür etmək mümkün deyildi. Artıq əsrin 4/1 ilinə bərabər bir müddət keçib ki, təhsil barədə düşünəndə […]

Azərbaycan alimi elmi nəzəriyyəsini Çində təqdim edəcək- “Böyük hadisədir”

“Hər il 27-29 sentyabr aralığında filosof Konfutsinin anadan olma münasibətilə Çində Ümumdünya Təhsil günləri keçirilir. Bu, bütün dünyada məşhur olan elm-təhsil mərasimidir. Bu il məni ora spiker kimi dəvət ediblər. Yəni, sıravi iştirakçı kimi yox, elmi konfransın aparıcılarından biri kimi. Orada müəllifi olduğum Ahəngyol elmi nəzəriyyəsi haqqında da məlumat verəcəyəm. İnanıram ki, bu, Ahəngyolun dünyaya […]

Efiopiyanın birinci xanımı: "Azərbaycan təhsil sahəsinə böyük diqqət ayırır"

“Azərbaycan təhsil sahəsinə, xüsusilə qızların təhsil almasına böyük diqqət ayırır”. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Efiopiyanın birinci xanımı Roman Tesfaye deyib. O, Azərbaycanda belə tarixi forumda iştirak etdiyinə görə çox sevinclidir: “Təhsil Azərbaycanın böyük diqqət ayırdığı sahədir. Və tərifəlayiqdir ki, burada qadınlar üçün yaxşı imkanlar mövcuddur. Bu da […]

Bu ölkədə 184 məktəb bağlanır

Puerto-Rikoda iqtisadi böhran səbəbindən 184 dövlət məktəbi bağlanacaq.   APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin təhsil departamentinin rəhbəri Yolanda Rosali bəyan edib.   Onun sözlərinə görə, mayın sonunadək təxminən 27 min şagird digər təhsil ocaqlarına köçürüləcək.   Puerto-Rikoda 1292 məktəb fəaliyyət göstərir, ümumilikdə məktəblərdə 365 min şagird təhsil alır.   Qeyd edək […]

DİM-də növbəti SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində mayın 6-da növbəti SAT imtahanları (2 fərqli SAT imtahanı: SAT, SAT esse) keçirilib. DİM-in mətbuat xidmətindən  verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında keçirilib və  təlimata uyğun təşkil olunub. İmtahanlarda 55 nəfərin iştirakı nəzərdə tutulsa da, 50 nəfər iştirak edib. İmtahan nəticələrinin iyunun 8-də elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq […]

Ağstafada16 yaşlı məktəbli intihar edib

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sadıqlı kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Hacıyev Fərid Natiq oğlu yaşadığı evin bağında özünü ağacdan asaraq intihar edib. F. Hacıyev ailənin tək oğlan övladı olub. Onun özündən böyük bacısı var. İlkin məlumata görə, yeniyetmə tanış olduğu qızla telefonla danışdıqdan sonra intihar edib. APA-nın qərb […]

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlandı

Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi vaxt açıqlanıb. mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri əvəzi Eşqi Bağırov APA-ya bildirib ki, müsabiqənin iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, ilkin mərhələdə müəllimlərin yerdəyişməsi həyata keçiriləcək. Ötən il iyun ayının əvvəlində yerdəyişmə üzrə sənəd qəbulunun aparıldığını xatırladan Eşqi Bağırov […]

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyi (AzETA) 6-7 may 2017-ci il tarixdə özünün XII Beynəlxalq konfransını keçirəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfrans Avropa Azərbaycan Məktəbinin Badamdar binasında təşkil olunacaq. Konfransda Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Gürcüstan, Yaponiya, Özbəkistan, Türkiyədən də mütəxəssislər iştirak edərək, müxtəlif mövzularda çıxış edəcək. Konfransın əsas mövzusu – XXI […]

ADU-da Nobel mükafatı laureatı Rabindranat Taqora həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə hind yazıçısı, rəssam, ictimai xadim və Nobel mükafatı laureatı Rabindranat Taqorun anadan olmasının 156-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə öncə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev, Hindistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Norbu Negi, Hindistanın fövqəladə […]