Zərifə Əliyeva Adına liseyin şagirdi İsmayılova Səbinə İmran qızı, bu il III qurup üzrə keçirilən imtahanda maksimum nəticə göstərib.
700 bal toplayan qız uğurundan A24.Az-a danışıb.
 
“700 bal toplayacağıma inanmırdım. Əslində məqsədim prezident təqaüdçüsü olmaq idi. İmtahana getdiyim vaxt müəllimlərimin, valideynlərimin və dostlarımın verdiyi dəstək məni motivasiya etdi. Məndə artıq inam yaranmışdı ki, niyə də yox, niyə də mən yüksək nəticəni əldə etməyim. Amma imtahandan çıxdıqdan sonra qorxuya düşdüm ki, bəlkə nə isə problem yaranar, səhvə yol vermiş olaram. Amma bazar günü nəticələr açıqlandı. Nəticəni gözlərimlə gördüyüm zaman hədsiz dərəcədə sevindim. Mən 11 ilin zəhmətinin qarşılıqsız qalmadığını gördüm”, – deyə hisslərini A24.Az-la bölüşən Səbinə bu uğura necə nail olmasının sirlərindən də danışıb.
 “Özümü heç nədən məhrum etmədim”.

Onun sözlərinə görə, şagird üçün ən vacib faktor yuxudur:
“Mən düşünürəm ki, bu təkcə 11 ilin zəhmətinin nəticəsi deyil. Bu, həm “286” nömrəli məktəbin, həm də Akademik Zərifə Əliyeva adına litseyin müəllimlərinin mənə verdikləri biliklərdir. Onların dəstəyi ilə biz buna nail olduq. Mən qəbul müddətində özümü heç nədən məhrum etmədim. Ali məktəbə hazırlaşan şagirdlərə məsləhətim budur ki, özlərini yuxudan məhrum etməsinlər. Yuxu vacib faktordur. Mən özümü ətraf mühitdən təcrid etmədim”.
Səbinə sosial şəbəkələrdə aktiv olmadığını, telefon və kompüterdən müəyyən məhdudiyyətlərlə istifadə etdiyini deyir:
“Müasir dövrün tələbinə uyğun dərslikləri və testləri internet vasitəsilə əldə edirdim. Əylənməyə də, istirahət etməyə də vaxt ayırırdım, amma müəyyən qədər məhdudlaşdırmışdım. Deyə bilmərəm ki, bütün vaxtımı ancaq dərs oxumağa ayırırdım. Bu özü insanı hədsiz dərəcədə yorur. Müəyyən fasilələrlə dərs oxuyurdum. Səhər 08:00 -dan 14:00 -a qədər dərsdə olurdum. Bir qədər dincəldikdən sonra repetitor yanına gedirdim. Əgər fasiləsiz, dayanmadan oxusaq inanmıram ki, yorulmuş beyinlə  uğurlu nəticə əldə etmək olsun”.
 
https://mektebgushesi.az

Bənzər yazılar