Mektebgushesi

ADMİU-nun əsas tədris korpusunun açılışı

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib.Təhsil naziri Mikayıl Cabbarov və Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə məlumat veriblər. Bildirildi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü […]

Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub. Bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib. Qeyd edək ki,  31 yaşlı  prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur. O, bakalavriat təhsilini Qafqaz univeristetində alıb. Prorektor təyin olunmamışdan öncə […]

700 Bal toplayan vunderkind: “Özümü heç nədən məhrum etmədim”

Zərifə Əliyeva Adına liseyin şagirdi İsmayılova Səbinə İmran qızı, bu il III qurup üzrə keçirilən imtahanda maksimum nəticə göstərib. 700 bal toplayan qız uğurundan A24.Az-a danışıb.   “700 bal toplayacağıma inanmırdım. Əslində məqsədim prezident təqaüdçüsü olmaq idi. İmtahana getdiyim vaxt müəllimlərimin, valideynlərimin və dostlarımın verdiyi dəstək məni motivasiya etdi. Məndə artıq inam yaranmışdı ki, niyə də […]

Bakıda 15 yaşlı məktəbli qız qaçırılıb

Xəzər rayonunda 15 yaşlı məktəbli qız qaçırılıb. Bu barədə Sputnik-Azərbaycan-a Xəzər Rayon Polis İdarəsindən bildirilib. 1-ci polis bölməsinə Şüvəlan qəsəbəsinin 1971-ci il təvəllüdlü sakini A.Ş. müraciət edib. O bildirib ki, qızı Gülmirə naməlum şəxs tərəfindən qaçırılıb. Şikayətçi qaçırılmanın səbəbinin evlənmə istəyi olduğunu, amma qızını qaçıran gəncin adını bilmədiyini deyib. Hazırda cinayət axtarış şöbəsinin əməliyyatçıları qızı […]

Bakı Ali Neft Məktəbinin tələbələri “Microsoft 2017”-nin qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə komandası “Microsoft Imagine Cup 2017” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsində iştirak edərək qaliblər sırasına düşüblər və Kiyevdə (Ukrayna) keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıblar. Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Son ümumdünya finalı isə bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar […]

Mayın 7-də otuz mindən artıq abituriyent I və IV qrup üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. DİM-dən “Report”a verilən məlumata görə, imtahan ölkənin 11 şəhər və rayonunda – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 56 binada aparılacaq. İmtahanların idarə olunmasına 206 imtahan rəhbəri və […]

Türkiyədə təhsil alan xarici tələbələr arasında Azərbaycan vətəndaşları birinci yerdədi

Türkiyədə təhsil alan xarici tələbələr arasında Azərbaycan vətəndaşları birinci yerdədi. mektebgushesi.az  TRT-yə istinadən xəbər verir ki, 2016-cı ilin yekunlarına əsasən, hazırda Türkiyədə Azərbaycandan olan 15 min 36 nəfər təhsil alır. Sonrakı yerləri Suriya (14 min 765 tələbə) və Türkmənistan (10 min 642) tutur. Məlumata görə, Türkiyədə xarici ölkələrin 795 min 962 vətəndaşı təhsil alır. https://mektebgushesi.az

Azərbaycan-Misir təhsil əlaqələri genişlənir

Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi ilə görüşüb. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin universitetlər […]

Abituriyentlər üçün elektron ərizə qəbulu sistemi aktivləşib

Bu gündən abituriyentlər üçün elektron ərizə qəbulu sistemi aktivləşib. Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a verilən məlumata görə, abituriyentlərin çoxsaylı müraciətləri və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsi nəzərə alınaraq sistem mayın 22-dək yenidən aktiv olacaq. Əvvəlcədən elan olunduğu kimi elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas […]

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlərin nəzərinə

Ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 4-dən 22-dək öz elektron ərizələrinə daxil olaraq […]

UNEC-in tələbə tədqiqatçıları ilk dəfə Beynəlxalq “Science Slam” elm müsabiqəsində!

UNEC beynəlxalq səviyyəli ilkə imza ataraq, dünyaca məşhur “Science Slam” elm müsabiqəsini təşkil edib. İdeya müəllifi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Dünya üzrə 6-cı ölkə olaraq Azərbaycanda, UNEC-də təşkil edilən müsabiqənin əsas fəlsəfəsi – […]

Cavid Əliyev-"700 bal toplamaq biraz da şans məsələsidir"

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Cavid Əliyevdir. mektebgushesi.az-ın AzVision.az-a istinadən xəbərinə görə, Dəyanət Türk Vəqfi-Bakı Türk Liseyinin məzunu olan Cavid  deyib ki, yüksək nəticə göstərməsində müəllimlərinin böyük əməyi olub. “Əsas məktəb müəllimlərimlə hazırlaşmışam. Onlar 3 il mənimlə çox yaxşı […]

Bakı Türk Liseyinin 700 bal toplayan 15-ci məzunu

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 3 nəfər 700 bal toplayıb. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına […]

Yaradıcı müəllimin əsəri: “Ən yaxşı dərs”

Dərs müəllimin əsəridir. Belə deyib ustad pedaqoqlar. Və bununla müəllimə, onun təlim fəaliyyətinə, bir növ, yeni status veriblər. Əsər yaradıcılıq məhsuludur. Demək, müəllim dəyaradıcıdır. Əslində burada qeyri-adi bir şey də yoxdur. Müəllim elə yaradıcı olmalıdır. Xüsusən də müasir dövrdə, müasir dərsi demək üçün… Son illər müəllimlər arasında keçirilən çoxlu sayda müsabiqələr, diaqnostik qiymətləndirmələr, tədris ocaqlarında […]

Məktəb direktorluğuna namizədlərin sayı açıqlanıb

Bu il Azərbaycanda məktəb direktoru olmaq istəyən namizədlərin sayı açıqlanıb.   Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov APA-ya bildirib ki, ölkədə ümumi təhsil müəssisələrində direktorların işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 aprel tarixlərində aparılıb. Həmin müddət ərzində 2 minə yaxın namizəd sənəd təqdim edib. Hələlik müraciətlərin yoxlanılması və emalı prosesinin gedir. […]