24-28 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Eskişehirdə keçirilən VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda iştirak edib. Eskişehir Tepebaşı Bələdiyyə başçısı Ahmet Ataç və sərginin kuratoru, rəssam Numan Arslanın təşkilatçılığı ilə keçirilən simpoziumda müxtəlif ölkələrdən Türkiyə, Azərbaycan, İspaniya, Hindistan, Polşa və Tunisdən rəssamlar dəvət olunub.
Simpoziuma dəvət olunan 28 rəssamın 4 gün ərzində çəkdiyi rəsm əsərləri Tepebaşı Bələdiyyəsinə hədiyyə edilib. Əsərlər il boyu ziyarət üçün açıq olan sərgi zalında nümayiş etdiriləcək. Bələdiyyənin qalereyasında keçirilən sərgidə iştirakçılar diplom ilə təltif olunub
 

Bənzər yazılar